Əli Əsədov hava nəqliyyatı ilə bağlı bir sıra qərarlarda DƏYİŞİKLİK ETDİ
Nazirlər Kabinetinin sədri, Baş Nazir Əli Əsədovun qərarı ilə hava nəqliyyatı ilə bağlı bir sıra qərarlarında dəyişiklik edilib.
Valyuta.az xəbər verir ki, NK-nin etdiyi dəyişiklik əsasən “Həbs edilmiş şəxslərin hava gəmisində daşınması Qaydası”nın təsdiq edilməsi barədə” 2 avqust 2013-cü il tarixli, “Qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərindən istifadə Qaydaları”nın və “Qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərinə görə haqqın ödənilməsi Qaydası və Şərtləri”nin təsdiq edilməsi barədə” 28 dekabr 2013-cü il tarixli, “Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 30 yanvar 2014-cü il tarixli, “Aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı üzrə Milli Proqram”ın təsdiq edilməsi barədə” 10 aprel 2014-cü il tarixli, “Sərnişinlərə, onların əl yükü və baqajlarına baxış keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 10 iyul 2014-cü il tarixli, “Hava gəmisində silahın daşınması Qaydası”nın təsdiq edilməsi barədə” 30 dekabr 2014-cü il tarixli və “Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə Milli Proqram”ın təsdiq edilməsi barədə” 16 iyun 2015-ci il tarixli qərarlarında edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay