Hava limanında bütün sərnişinlərdən PCR testi götürüləcək - AÇIQLAMA
Daxili reyslərin sərnişinlərindən COVID-19-a dair PCR testindən keçmək tələbi ləğv edilib.
Valyuta.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin açıqlamasında bildirilir.
Qeyd edilir ki, eyni zamanda, daxili reyslərdən istifadə edən və Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn bütün sərnişinlərdən PCR testi götürüləcək.
Açıqlamada, hava nəqliyyatı ilə gələn sərnişinlərə bəzi özünütəcrid tədbirlərinin şamil olunması ilə bağlı məsələyə də toxunulub.
Qeyd edilib ki, ölkəyə gəldikdən sonra iki həftəlik məcburi özünütəcrid tələbinə riayət olunması ləğv edilir:
“Lakin ölkəyə gələn insanlar, bununla belə, ictimai və izdihamlı yerlərdə sosial məsafənin qorunmasını və bütün sanitar-epidemioloji qaydalara riayət etməli olduqlarını unutmamalıdırlar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay