Agentlikdən məktəblərlə bağlı YENİLİK
BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində 1 nömrəli tam orta məktəb, Kimya-Biologiya Təmayüllü Lisey və 3 nömrəli xüsusi təhsil müəssisəsi ətrafında piyada təhlükəsizliyinin artırılması məqsədilə görülən işlər açıqlanıb.
Bakı Nəqliyyat Agentliyindən Valyuta.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində məktəblərin ətrafında:
- sürət həddi 30km/saat-a endirilib;
- yol kəsişmələrində müvafiq yol nişanları quraşdırılıb;
- yeni eyni səviyyəli piyada keçidləri təşkil edilib;
- sürət həddinə riayət olunmasının təşviq edilməsi üçün məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb;
- təhlükəsizliyin maksimum həddə çatdırılması üçün eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.
Rəsmi məlumata görə, əlçatanlığın təmin edilməsi məqsədilə həmin məktəblərin ətrafında pandusların quraşdırılması istiqamətində işlərə başlanılacaq:
“Ümumilikdə qeyd olunan təhsil müəssisələri ətrafında maarifləndirmə işləri “Nəqliyyat Könüllüləri" tərəfindən davam etdirilib. Könüllülərimiz hərəkət iştirakçılarını təhlükəsizlik qaydaları haqqında maarifləndirib, "Həyat dolu küçələr" şüarı ilə sürücüləri ehtiyatlı olmağa çağırıblar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay