TRACECA-nın Azərbaycan hissəsində tranzi daşınmaların həcmi artıb
2021-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 milyon 176,2 min ton, yük dövriyyəsi isə 2 milyard 405,2 milyon ton-km olub.
Dövlət Statistika Komiotəsindən Valyuta.az-a verilən məlumata görə, bu, 2020-ci ilin eyni ayları ilə müqayisədə 2 mln 349,8 min ton və yaxud 18,8 % azdır.
Son 1 ildə yük dövriyyəsi isə 230,3 mln ton/km və yaxud 8,7 % azalıb.
Hesabat dövründə yüklərin 5 milyon 636,0 min tonu və ya 55,4 faizi avtomobil nəqliyyatı, 3 milyon 349,4 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 190,8 min tonu və ya 11,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 23,5 faizini və ya 2 milyon 393,9 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 191,7 min ton və yaxud 8,7 % çoxdur..
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay