Xəzərdə nəhəng TANKER QƏZASI: Bakıya gətirilən 4.5 min ton... - FOTO
Mayın 6-da Həştərxan limanından Bakıya doğru yola çıxan Rusiyaya məxsus "Konstruktor Jivotovski" adlı tanker Xəzər dənizində qəzaya düşüb.
Valyuta.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, mayın 12-də Xəzərin Azərbaycan sularında pis hava şəraiti səbəbindən neft buruğu ilə toqquşub. Toqquşma nəticəsində gəmi heyətindən heç kim xəsarət almayıb, amma tanker özü zədələnib və mayın 13-dən etibarən Bakı limanındadır. Təmir üçün mütəxəssislərin gəlişini gözləyir.
Tankerin 4.5 min ton qaz-kondensat qarışığı ilə yükləndiyi bildirilir, amma insident nəticəsində dənizə neft məhsullarının axması baş verməyib.
Rusiyanın federal dəniz və çay nəqliyyatı agentliyindən TASS-a bildiriblər ki, insident qatı duman nəticəsin də baş verib, tanker dumanda “yolunu azıb” və Azərbaycan milli neft şirkətinə aid köhnə platforma ilə toqquşub. Agentlik insidentin “praktiki olaraq yoluna qoyulduğunu” bildirir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay