“Volkswagen” 1 aprel zarafatına görə MƏHKƏMƏYƏ VERİLDİ
Xəbər verdiyimiz kimi, ötən ayın əvvəlində Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkəti ABŞ-da istehsal olunacaq avtomobillərin adının “Voltswagen” olaraq dəyişdiriləcəyi və digər surpriz dəyişikliklərin olacağı ilə bağlı açıqlama yaymışdı.
Valyuta.Az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən açıqlamalardan sonra şirkət rəsmiləri bunun sadəcə 1 aprel zarafatı olduğunu bildirmişdilər. Elə bu açıqlamaların ardından dərhal sonra Şirkətin ümumi satış həcmi 3% azalmış və avtomobil ehtiyyat hissələrində 12,5% bahalaşma olmuşdu.
Qeyd edək ki, verilən məlumatlara görə, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası, sözegedən zarafatın şirkətin ABŞ-dakı səhmlərinə və satış həcminə mənfi təsir etdiyini və bunun əldən çıxmış fayda olaraq dəyərləndirilməsi məqsədilə məhkəməyə müraciət edib. Lakin, mütəxəssislər şirkətin ciddi cəza alacağını düşünmürlər.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay