Nəqliyyat
28.04.2021 / 14:29
Ötən il Bakıda avtobus sürücülərinin 4,6 faizi koronavirusa yoluxub
11599
"İctimai nəqliyyat fəaliyyətini davam etdirir. Əsas məsələ davamlılığı təşkil etməkdir. Maskalardan istifadə edilməlidir".
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
O qedy edib ki, 1500-ə yaxın avtobusda, 3000-dən çox taksidə şəffaf arakəsmələr quraşdırılıb. 12 ekspress marşrut xətti təşkil edilib:
"Ümumilikdə 165 marşrut xətti üzrə 1900-dən artıq avtobus cəlb edilib. Ekspress marşrut xətti ilə 10 milyondan artıq sərnişin daşınıb. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində nəqliyyat əməliyyatına dəstək məqsədilə 900-ə yaxın avtobus təmin edilib. Ötən il koronavirusa yoluxan sürücülərin sayı 4,6 faiz təşkil edib".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay