Nəqliyyat
28.04.2021 / 11:50
320 yeni avtobus alınacaq - Vüsal Kərimli
11578
"Hazırda qurulmaqda olan Zığ qarajı var, bura istismardan sonra 250 yer tutumlu olacaq və 850 nəfər işlə təmin olunacaq. Bura sürücülər, fəhlələr, çilingər və s. daxildir".
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 5 ildə 4 236 sürücü təlim keçib, 1 668 təlim keçmiş namizəd sürücünün 1 500-dən çoxu işlə təmin olunub:
"Ötən il təlim keçən sürücülər 612 nəfər olub, onlardan 429 nəfəri işlə təmin olunub. 320 yeni avtobus alınacaq ki, bununla da 860 sürücü üçün yeni iş yeri yaradılacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay