Nəqliyyat
26.04.2021 / 10:43
Elektriklə işləyən avtomobillərin satışı kəskin artacaq – PROQNOZ
11433
Pandemiyadan sonra sağlam ətraf mühit məsələsinin gündəmə gəlməsi elektrikli avtomobillər bazarının inkişafına böyük təsir göstərəcək.
Valyuta.Az Blomberg.com-a istinadən xəbər verir ki, “The Boston Consulting Group” şirkətinin statistikasına görə, elektriklə işləyən avtomobillərin 2019-cu ildə ümumi bazar payı 8% olsa da, 2020-ci ildə bu göstərici 15% -ə qədər qalxmışdı.
Şirkətin proqnozlarına görə, elektrikli avtomobillərin ümumi bazar payı 2030-cu ildə 50%-ə qədər artacaq.
Qeyd olunur ki, eletriklə işləyən avtomobillərə keçid ABŞ və Çində daha yüksək səviyyədədir. Mütəxəssislər bildirir ki, bütün baş verənlər gələcək illərdə havaya buraxılan karbon qazının miqdarında kəskin azalmaya da səbəb olacaq.
Tərcümə edən: Kamran Xəlilov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay