TRACECA xətti ilə daşınan Azərbaycan yüklərinin həcmi AÇIQLANDI
2021-ci ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 6 mln 636,6 min ton, yük dövriyyәsi isә 1 mlrd 562,9 mln ton/km olub.
Dövlət Statistika Komitəsindən Valyuta.az-aə istinadən verdiyi məlumata görə, bu, 2020-ci ilin eyni ayları ilə müqayisədə 1 mln 893,7 min ton və yaxud 22,2 % azdır.
Son 1 ildə yük dövriyyəsi isə 210,1 mln ton/km və yaxud 11,8 % azalıb.
Hesabat dövründə yüklərin 3 mln 707,4 min tonu və yaxud 55,9 %-i avtomobil nəqliyyatı, 2 mln 215,2 min tonu və ya 33,4 %-i dəmir yolu nəqliyyatı, 714 min tonu və yaxud 10,7 %-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 22,8 %-ni və yaxud 1 mln 510 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 60 min ton və yaxud 4,14 % çoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay