BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7664
  • RUB
    1.6896
  • TRY
    0.0478
  • GBP
    2.091
63629

Bir vaxtlar çox kasıb olan və çətinliklərə qalib gələrək indiki mövqeyinə çatan bir adamın hekayəsi oxuculara ilham verir. 

Amerikanın Atlanta şəhərində yaşayan və hazırda milyonçu olan 38 yaşlı Castin Qilmore (Justin Gilmore) yoxsulluq və çətinliklər içində keçən uşaqlığını danışıb.

O, sobada qızdırılan su ilə işıqsız evdə tək bir vannada üç qardaşı ilə birgə çimdiyini bildirib. Qilmore bu gün hər ay bir sərvət qazandığını deyir. Yoxsulluq və çətinlikləri yaşamış gənc adam daha çox uğur qazanmaq üçün dayanmadan işləməyə davam edəcəyini söyləyib. O, bir zamanlar elektriklərin kəsildiyi axşamlarda ailəsinin yalnız sendviç və qarğıdalı lopası ilə qidalandığını qeyd edib.

Anasını bir mələk olaraq xarakterizə edən gənc adam, zavallı qadının vaxtında evin ehtiyaclarını ödəmək üçün çox çalışdığını vurğulayıb. Qilmore deyir ki, əksər hallarda aclıqdan qurtulmaq üçün qardaşları ilə birlikdə nənə və babalarını ziyarət edirdilər.

Maddi çətinliklərdən əlavə, Qilmorenin təhsil həyatında da problemləri olub. Təhsilinin uğurlu getmədiyini deyən Qilmore, 15 yaşında müəlliminin onu məktəbdən qovduğunu bildirib.
Məktəbdən qovulması onun sahibkarlıqla məşğul olmağa yönəlməsinə səbəb olub. Əvvəlcə bir marketdə aşağı maaşla işə başlayan Qilmore bir müddət sonra burada müdir vəzifəsinə yüksəlib.

Daha böyük bir iş görmək qərarına gələn Qilmore maşınının arxasında pizza satmağa başlayıb və bu işdə də uğur qazanıb. 2004-cü ildə ilk övladını qucağına alan Qilmore ata olmağın məsuliyyəti ilə daha böyük qərar qəbul edərək bankomatlarla bağlı bir iş qurmağa qərar verib.

Bankomatlara ehtiyacı olan yerləri müəyyən etməyə başlayan gənc adam, həmin məkanlara pulsuz quraşdırma təklif edib və bu yolla işi genişləndirib. Hazırda ölkə üzrə bankomatları idarə edən Qilmore hər ay 240.000 dollardan çox gəlir əldə edir. 600-dən artıq bankomata sahib olan Qilmore, ölkə üzrə 2 mindən çox bankomatı müştərilər üçün işlədir.

Gələcək planlarından danışan gənc milyonçu, işini "Bitcoin" bankomatları ilə davam etdirməyi planlaşdırır.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Azər-Türk Bank” tələbləri pozub - Mərkəzi Bank sərəncam verdi

Hərbi formanı qanunsuz daşıyanların cərimələri artırılır

Fərqanə Qasımova və digər tanınmışları aldadıb pul alanlar tutuldu

Çağırışçılarla bağlı qanuna dəyişiklik edilir

Ötən il ən çox biznes krediti verən banklar - RENKİNQ

Ötən il ən çox biznes krediti verən banklar - RENKİNQ

Bu cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə qismində veriləcək

Bu gecə Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq

Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaq

Korrupsiya barədə məlumat verən şəxsvə yaxınlarına təzyiq edilməsi qadağan olunur

Hikmət Mirzəyevə yeni müavin təyin olundu

Biləsuvarda yeni fabrik açılıb - 70-80 nəfər işçisi olacaq

İrandan gətirilən turşu lavaş, ərik qurusu, şirin çörək yararsız çıxdı

Doktorantura səviyyəsinin birə endirilməsi təklif edilib

"BakuBus" avtobuslarında "Wi-Fi" nə vaxt işləyəcək?

Məcnun Məmmədov "Aqroservis"in sədr müavinini işdən çıxardı

Samir Şərifova yeni vəzifə verildi

Samir Şərifova yeni vəzifə verildi

Sahibkarlıq sahəsində yoxlamalar niyə bir il də dayandırıldı?

Dövlətə 200 min manata yaxın vergi borcu var - Bir neçə dəfə cərimələnib

Alqı-satqı müqaviləsi iki şirkət arasında mübahisəyə səbəb oldu

Tramp "fast food" restoranlarının baş direktorunu səfir təyin etdi

Qaradağ Rayon Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad edildi

Ötən il İcbari Sığorta Bürosu 967 min manat kompensasiya ödəyib

“Azərbaycan Beynəlxalq Bankı”nın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

“Azərbaycan Beynəlxalq Bankı”nın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

Prezident İlham Əliyev Ərdoğana zəng edib, başsağlığı verib

61 milyon manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi

Xaricə pambıq satışı idxalı 203 milyon dollar üstələyir - Gəlirlər artıb

“Moon Pub” restoranında saxta alkoqollu içkilər aşkarlandı

Avropa İttifaqı keçən il elektrik enerjisinin 47 faizini bərpaolunan mənbələrdən əldə edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin