BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7502
  • RUB
    1.6626
  • TRY
    0.0481
  • GBP
    2.09
62987

Fransada 91 yaşında dünyasını dəyişən təqaüdçü meteoroloq Roje Tibervil (Roger Thiberville), 10 milyon avroluq (362 milyon TL) mirasını heç vaxt getmədiyi, lakin soyadını daşıyan "Tibervil" qəsəbəsinə bağışladı.

Valyuta.Az xəbər verir ki, Roje Tibervil keçən il Parisdə vəfat etdikdə nə uşağı, nə də yaxın qohumu var idi. Şərab istehsalçısı olan bir ailədən gələn Tibervil, valideynlərindən və övladı olmayan bacısından böyük bir miras almışdı. Çox varlı olmasına baxmayaraq, Parisin cənub-şərqindəki 15-ci bölgədə sadə bir mənzildə yaşayırdı.

Mirasını isə Normandiya bölgəsində yerləşən, 1.800 nəfərlik kiçik bir qəsəbəyə bağışladı.

Bu gözlənilməz miras qəsəbənin illik büdcəsindən təxminən beş dəfə çoxdur. Qəsəbənin bələdiyyə başçısı Gi Paris (Guy Paris) miras xəbərini ilk aldığında bunun bir zarafat olduğunu düşündüyünü bildirib. Lakin bir neçə həftə sonra rəsmi təsdiq alınıb və qəsəbə bu böyük sərvətə sahib olub.

Qəsəbənin gələcəyi formalaşır

Miras sayəsində "Tibervil", 400 min avronu (14 milyon 508 min TL) keçən borcunu ödəməyi və qəsəbə sakinlərindən əlavə vergi almamağı planlaşdırır.

Bələdiyyə başçısı Gi Paris bu vəsaitin diqqətli və məsuliyyətli şəkildə idarə olunacağını vurğulayaraq deyib:  
"Bu miras qəsəbəmizin simasını dəyişəcək. Məsələn, bir ictimai parkın tikintisi, ibtidai məktəbin və kilsənin damının yenilənməsi kimi layihələrimiz var. Bundan başqa, futbol meydançası, yeni yanğınsöndürmə məntəqəsi və yaşlılar üçün bir hüzur evi inşa etməyi də hədəfləyirik."

Bir vəfa borcu

Roje Tibervilin qəsəbə ilə əlaqəsi dəqiq  məlum deyil. Lakin yeganə istəyi külünün qəsəbənin qəbiristanlığında bir abidə içərisində saxlanılması olub. Bələdiyyə başçısı Gi Paris bu istəyi yerinə yetirəcəklərini və qəsəbədə Tibervilin meteorologiya karyerasını simvolizə edən günəş və bulud fiqurlarını ehtiva edən bir abidə tikiləcəyini açıqlayıb.

Bu miras sakit bir Normandiya qəsəbəsinə uzun illər unudulmayacaq bir hekayə buraxıb.

"Tibervil"in bu gözlənilməz sərvəti ətrafdakı digər yaşayış məntəqələrində "həsəd" ilə qarşılanıb. "Serkini" qəsəbəsinin bələdiyyə başçısı Frederik Delamar (Frédéric Delamarre) zarafatla bildirib ki, öz qəsəbələrinin də buna bənzər bir miras ala bilib-bilməyəcəyini öyrənmək üçün ad uyğunluğunu yoxlamağa başlayıblar.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dönər Partiyası" - Seçkiöncəsi Almaniyanın ən dadlı partiyası

"Apple" rəhbərlərinin 2024-cü il gəlirləri

Rusiya 4 günlük iş modelinə hazırlaşır

"Starbucks" və "McDonald's"ın satışlarında boykot təsiri

"Macy’s"nin yeni strategiyası və bağlanan onlarla mağaza - "CNN"

ABŞ və Britaniya Rusiyanın neft sənayesinə qarşı sanksiyaları sərtləşdirir - "BBC"

Qalmaqallı iş adamı yenidən gündəm oldu: Yarım milyonluq dələduzluq

"Bitcoin"in Salvador üçün böyük faydaları - Hesabat

92 milyon insan peşəsi üzrə işsiz qalacaq

Heç getmədiyi qəsəbəyə 10 milyon avro miras qoydu - "Tibervil"in əhvalatı

Azərbaycan qazının Serbiyaya tədarükü tezliklə bərpa olunacaq

Şəxsi məlumatlarımız təhlükədədir?

ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı

Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir

Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir

"Wall Street" veteranının 2025-ci il üçün bazar proqnozları - "The Street"

"Rəqəmsal qızıl"ın qalibləri - "ETF" rekordları - SƏHƏR OXUSU

Maskın "OpenAI" və "Microsoft"a qarşı qaldırdığı iddialara ABŞ dəstəyi - "Reuters"

Azərbaycanda iki yeni milli park yaradılacaq – RƏSMİ

Elektrik sayğacları hansı ölkələrdən və neçəyə alınır? - 6 min 205 manata...

SSRİ-dən sonra ilk dəfə: Həyəcanlı Ay səyahəti başlayır

"Wall Street" iqtisadçılarının "Fed" proqnozları

Bolqarıstan və Serbiyaya qaz nəqli niyə dayandırılıb? - BP açıqladı

Yarım milyon əmlakı əhatə edəcək təkliflər

Almaniyanın ABŞ-yə xarici ticarət profisiti rekord səviyyəyə çatıb

Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb

Rusiyadakı 2.5 milyardlıq təyyarələrin "Dublin müzakirəsi" - "The Guardian"

Prezident generalla bağlı sərəncam imzaladı

"SOCAR" Türkiyədəki 2 şirkətini satdı

“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin