BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62524

Amerikanın araşdırma və sınaq təşkilatı "Consumer Reports" avtomobil həvəskarlarının səbirsizliklə gözlədiyi "Dünyanın ən etibarlı avtomobil markaları"nın siyahısını açıqlayıb.

Dünyanın ən böyük məhsul təhlükəsizliyi testlərini həyata keçirən istehlakçı təşkilatı "Consumer Reports" (CR) 88 ildir ki, qeyri-kommersiya əsasında istehlakçı hesabatları hazırlayır. Dünyaca məşhur avtomobil markaları 2000-2025-ci illər arasındakı performanslarına görə "Consumer Reports" tərəfindən hazırlanan 'Dünyanın ən etibarlı avtomobil markaları' siyahısında öz yerini tutub. Siyahının başında olan ad illər sonra dəyişib. 

Valyuta.az dünyanın ən etibarlı avtomobil markalarını təqdim edir:

2000-2025-ci illər arasında satılan 300 mindən çox avtomobil, yük maşını və yolsuzluq avtomobili təhlil edilərək müəyyən edilib. İstifadəçi məmnunluğu, etibarlılıq reytinqi, yol testinin nəticələri və gözlənilən etibarlılıq kimi bir çox aspektdə sınaqdan keçirilən avtomobillər istehlakçı problemləri baxımından da qiymətləndirilib.

Məlumata görə, siyahının ilk 5-liyində yer alan brendlər reytinqdəki yerlərini qoruyub saxlasalar da, zirvədə olan ad illər sonra dəyişib. 

İllərdir siyahının başında olan "Toyota" və "Toyota"nın alt brendi olan "Lexus" zirvədəki yerini itirib. Bu il siyahıda "Lexus" 2-ci, "Toyota" isə 3-cü yerdə qərarlaşıb.

Dünyanın ən etibarlı avtomobil markası "Subaru"dur

​​​​Sorğu məlumatlarına və təhlillərə əsasən, "Subaru" 7 avtomobilindən 6-sı ilə orta və ya orta hesabla xeyli yüksək nəticə əldə edib. "Subaru"nun gözləntilərdən aşağı olan yeganə avtomobili "Toyota" ilə birgə istehsal edilən "Solterra EV" modeli olub.

"Vehicle Data Analytics" proqramının rəhbəri Stiven Elek "Subaru"nun niyə zirvədə olduğunu izah edir. O, markanın avtomobillərində istifadə olunan hissələrin bir model ilindən çox istifadə edildiyinə diqqət çəkib. Sorğuda ortadan yuxarı bal toplayan "Subaru" modellərinin hamısında daxili yanma mühərriki var.

Dünyanın ən etibarlı avtomobil markaları aşağıdakı kimidir:

1. "Subaru" 

2. "Lexus" 

3. "Toyota"

4. "Honda"

5. "Acura"

6. "Mazda"

7. "Audi"

8. "BMW"

9. "Kia"

10. "Hyundai"

Siyahıda "Nissan", "Ford", "Volvo", "Tesla", "Volkswagen" və "Jeep" kimi ölkəmizdə üstünlük verilən avtomobil markaları da yer alıb:

11. "Buick"

12. "Nissan"

13. "Ford"

14. "Genesis"

15. "Volvo"

16. "Chevrolet"

17. "Tesla"

18. "Volkswagen"

19. "Jeep"

20. "GMC"

21. "Cadillac"

Əvəz Həsənov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İtaliya Azərbaycandan qaz idxalını artırıb - "Eurostat"

Birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb: Səbəb nədir?

Adına üç şirkət var, amma özünün xəbəri yoxdur (VİDEO)

Aşağı maaş alanların da məvaciblərində artımlar olacaq

Türkiyədə stüardessaların aldıqları maaş - MƏBLƏĞ

Yoxsulları 12 il müşahidə etdilər - İnsanları kasıb edən səbəblər

Top 10 kriptovalyuta reytinqində dəyişiklik - "XRP" və "Solana" yüksəlişdə

Qızıl 2025-ci ildə də gəlirli olacaq? - Analitiklərdən gözləntilər - SƏHƏR OXUSU

Qızıl 2025-ci ildə də gəlirli olacaq? - Analitiklərdən gözləntilər - SƏHƏR OXUSU

"MicroStrategy"nin 2 milyard dollarlıq hədəfi

Azərbaycanda kərpic istehsalı artıb - Rəqəmlər

Azərbaycan təbii qaz təchizatında etibarlı tərəfdaşdır - Aleksandar Vuçiç

Dəniz səviyyəsinin artmasının neft limanları üçün təhlükəsi - "The Guardian"

"Amerikan süni intellekti üçün qızıl fürsət" - "Microsoft"un 80 milyard dollarlıq planı

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Bu ölkə “qızıl vizanı" ləğv edir

Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq

11 ayda 9 milyon manatlıq dərman istehsal edilib

Bu avtobus marşrutunun müsabiqəyə çıxarılması planlaşdırılır - AYNA

AZAL-ın təyyarəsi ilə bağlı yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

Sabah bəzi yerlərdə yağış yağacaq

"Ayıq sürücü" qaydanı pozursa, cərimə kimə yazılır?

Ukrayna valyutası tarixi minimuma düşdü

Universitetlərə qəbulda keçid balları artacaq?

Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib

2025-ə rektorsuz girən universitetlər - Yeni təyinatlar gözlənilir

2025-ə rektorsuz girən universitetlər - Yeni təyinatlar gözlənilir

Neftimiz bahalaşdı - Son qiymət

AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlandı

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin