Gördüyün işin məhsuldarlığını necə artırmaq olar? -SƏHƏR OXUSU
Bir ofisdə kollektivin məhsuldarlığını artırmaq üçün iş daxilində müəyyən şərtlərə əməl etmək lazımdır.
Bundan başqa işçiləri daha məhsuldar edəcək bir çox podcast, səhər rutinləri, hobbilər və hətta bu məqsədə xidmət edəcək bir sıra texnikalar mövcuddur.
Ofisdə vacib olan həm də işçilərin zamanı idarə edə bilməsidir. İşdə uğur qazanmaq üçün iş vaxtının bölünməsi daha vacibdir.
Lakin, zaman idarəçiliyi və məhsuldarlıq haqqında danışarkən unutmamalıyıq ki, iş masanızı və iş mühitinizi ən yüksək məhsuldarlıq üçün optimallaşdırmalısınız. Çünki iş masanız və iş mühitiniz məhsuldarlığınızı artıra bilər.
Valyuta.az xəbər verir ki, ofis mühitində təbii işıq mənbəyi– günəş işığını artırmaqla, mavi rəngli masa vurğularını istifadə etməklə və müntəzəm olaraq hərəkət etməklə həm məhsuldarlığınızı artıracaq, həm də işiniz üçün çox daha çox şey edə biləcəksiniz.
Buna görə də, bir çox memar ofis daxilində gözəl və məhsuldar bir mühit yaratmağın vacibliyini vurğulayır.
Bu yazıda dünyanın tanınmış və böyük şəhərlərində işləyən dizaynerlərinin iş mühitinizi məhsuldar bir iş gününə uyğunlaşdırmaq üçün verdikləri tövsiyələri paylaşacağıq.
Məhsuldarlığı artırmaq üçün iş mühiti və masamızı necə dizayn edək?
1. Masanızın yaxınlığına təbii bitkilər yerləşdirin
2. Günəş işığı alan bir yerdə işləməyi sınayın
3. Günəş işığı almayan bir iş masanız varsa, çölə çıxıb qısa gəzintilər edin
4. Kabel qarışıqlığını azaldın
5. İş masanızda müəyyən məqsədi olan əşyalara yer verin
6. Ofis masanızda sağlam qəlyanaltılara yer verin.
7. Qulaqcıq taxaraq ətrafınızdakı səs-küydən uzaqlaşın
8. İşləyərkən musiqi dinləməyin
9. Uzun müddət oturaraq işləməməyə diqqət edin
10. Ofisinizdə tempratur həmişə yüksəkdirsə, qalın bir sviter, istilik cihazı, barmaqsız əlcək və s. hamısını masanızda saxlayın
11. Bir qeyd dəftəri alın və ya yapışqan qeydlərdən istifadə edin
12. Daha yaxşı bir duruş üçün oturduğunuz kreslonu və monitorunuzu tənzimləyin
13. Lazım olduğunda iş masanızı tərk edin
14. İstifadə etmədiyiniz əşyaları ortadan qaldırın
15. Məhsuldarlığı artırmaq üçün mavi, yaşıl və sarı rəng vurğularından istifadə edin
Davud / Valyuta.Az / SƏHƏR OXUSU
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay