BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7694
  • RUB
    1.6958
  • TRY
    0.0482
  • GBP
    2.1288
62264

Orqanik Qida Sektoru son illərin ən çox diqqət çəkən sahələrindən biridir. 

Sağlam qidalanma mövzusunda hər keçən gün daha çox məlumata sahib olan cəmiyyət organik qidalara daha çox maraq göstərir. Bu vəziyyət belə olduqda, orqanik qida sektoru yeni biznes qurmaq istəyən sahibkarların diqqətini çəkir.

Valyuta.az xatırladır ki, organik qida dükkanı açarkən məhsullarınız qədər, dükanınızın yerləşdiyi yer də çox önəmlidir. 

Doğru yer seçimi işinizin uğurlu olmasında həyati bir rol oynayır. Satış məqsədlərinizi həyata keçirmək üçün insanların sıx olduğu, piyadaların çox olduğu olduğu bir yer tapmalısınız. Bundan əlavə, dükanınızın reklamını necə edəcəyinizi bilmək də çox vacibdir.

Uğurunuz və ya uğursuzluğunuz daha çox buna bağlıdır. Sağlam yaşamaq həvəsinin hər keçən gün artması ilə market şəbəkələri və vitamin dükanları da orqanik məhsullar satmağa başlamış və bu da rəqabəti artırmışdır.

Bəs bu işə necə və hardan başlamaq lazımdır?

Dükanınız üçün yer tapın

Bu, bəlkə də ən kritik və ən detallı prosesdir, çünki dükanınıza yaxşı bir yer tapmaq bir neçə ayınızı ala bilər. Dükanınızın yeri uğurunuzda əhəmiyyətli bir faktordur. Yaxşı seçilmiş bir yer,cəmiyyətin dəstəyini, ticari inkişaf imkanlarını və digər mühüm demoqrafik xüsusiyyətləri özündə cəmləşdirir.

Dükanınızın uzunmüddətli eyni yerdə fəaliyyət göstərməsi

Bunun üçün bir icarə müqaviləsi imzalamalısınız. Məkan sahibi ilə lazımi güzəştlərlə bağlı mümkün olduğu qədər danışıqlar aparın. Anlaşmanız əsasında, mülk sahibi sizə boya, infrastruktur və təmir kimi daxili dizayn xərcləri ilə maliyyə dəstəyi verə bilər. Dükanınızın bütün tələblərə uyğun olduğunu təmin etmək üçün tikinti icazəsi alın. Dükanınızın estetik görüntüsü ilə bağlı bir daxili dizaynerdən kömək ala bilərsiniz. Dükanınızı müştərilərin xoşuna gələcək şəkildə tərtib edərək, onların geri qayıtma ehtimalını artıra bilərsiniz.

Lazımi rəsmi icazə və lisenziyalar üçün müraciət edin

Bütün işlər bu hazırlıqları və qida satışı ilə bağlı icazələri tamamlamalıdır.

İşinizi necə quracağınızı qərar verin

Ortaqlıq, fərdi sahibkarlıq və ya məhdud məsuliyyətli cəmiyyət kimi iş quruluşlarından hansının sizin üçün uyğun olduğuna qərar verin. Hər iş quruluşunun vergi baxımından üstünlükləri və mənfi cəhətləri vardır. Bir mühasiblə məsləhətləşib, şərtlərinizə uyğun vergi planlaması ilə bağlı fikir alış-verişi edin.

İşiniz üçün bank hesabı açın

İşinizə aid bir bank hesabı açaraq, şəxsi məlumatlarınızdan ayrı olaraq maliyyə əməliyyatlarını həyata keçirə bilərsiniz.

Hansı organik qidaları satacağınıza qərar verin

 Orqanik qida distribütorları ilə əlaqə qurun. Bunun üçün əvvəlcə distribütorları araşdırmalı, qiymət və kredit şərtlərini öyrənməlisiniz. Həmçinin, bu şirkətlərin məhsullarının və qablaşdırmalarının müvafiq dövlət qurumlarının standartlarına uyğun olub-olmadığını yoxlayın. Yeni müştəri olduğunuz üçün, distribütorlar sizin üçün ticarət krediti təklif etməyə bilər. Bu o deməkdir ki, dükanınızın uğur qazanana qədər kifayət qədər kapitalınız olmalıdır.

Qiymətlərinizi müəyyənləşdirin

Qiymətləri çox aşağı tutmaq sizə üstünlük qazandıra bilər, amma sabit və dəyişən xərclərinizi qarşılamaya bilər. Qiymətləri çox yüksək tutmaq da qiymətə önəm verən müştərilərinizi narahat edə bilər. Məhsulların qiymətləri ilə bağlı ən uyğun qiymət nöqtəsini tapmaq üçün qiymətləri tənzimləməlisiniz.

Dükanınızı açın

 Ağızdan ağıza yayılan reklam, promosyon tədbirləri və reklamlama, müştəriləri dükanınıza çəkməkdə sizə kömək edəcəkdir. Hər bir metodun özünün güclü və zəif tərəfləri vardır. Hansı reklam strategiyasının sizi uğura aparacağını tapmaq üçün müxtəlif üsulları sınaqdan keçirə bilərsiniz. Bir vebsayt, blog,” Facebook” və “Twitter” hesabları müştəriləri dükanınıza çəkmək üçün faydalı ola bilər və xüsusilə bu hesablar vasitəsilə faydalı məlumatlar versəniz, müştərilərinizin dükanınıza gəlməsi daha da asanlaşar.

Uğur qazanmaq üçün isə ən vacib olanlar 

- Dükanın yeri
- İş planı
- Başlanğıc üçün kapitaldır

İpuçları:

Organik qida dükanınızı necə idarə edəcəyinizlə bağlı detallı bir plan qurun. İş planınız qarışıq olmamalıdır, amma  məlumat verə biləcək şəkildə strategiyanızı, işinizin necə işlədyini və vizyonunuzu izah etməlisiniz. İş planınız cari gəlir və xərclərinizi də əhatə etməlidir. Büdcənizi iş planınıza əlavə etmək, xərclərinizi izləməyinizə kömək edəcəkdir. İş planınız real nəticələrə və bu nəticələrin gözlədiklərinizlə müqayisəsinə görə tərtib edilməlidir.

Xəbərdarlıq

Yeni açılan bir çox işlər kapital çatışmazlığı səbəbindən uğursuz olur. Başlanğıc mərhələsində iş qurma krediti tapmaq böyük fürsət ola bilər. Bu, o deməkdir ki, resurslarınızın böyük hissəsini maliyyə əməliyyatlarına yönəldəcəksiniz. Dükanınız qazanc etməyə başlayana qədər işçilərin maaşlarını ödəmək və dükanınızı açıq saxlamaq üçün kifayət qədər kapitalınızın olması lazımdır. Xüsusilə başlanğıc mərhələsində kifayət qədər kapitalınızın olmaması, işlərin çətinləşməsinə və biznesin tərsinə getməsinə səbəb ola bilər.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ANAMA-nın 1 milyonluq tenderi ləğv edildi - Maliyyə vəsaiti yoxdur

Məşhur kriptovalyuta şirkətinin qurucusu ABŞ-a ekstradisiya ediləcək

"Medservis" 8 000 manat cərimələnə bilər

"DİBA" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Ukraynanın dövlət borcu rekord həddə çatıb

"BYD" fabrikində insan alveri qalmaqalı

Dövlət agentliyi məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin inşası neçəyə başa gələcək?

Milli Kitabxanadan yarım milyon manatlıq satınalma

"Xəzər Elektron"a niyə protokol tərtib olunub?

"OpenAI" daha çox kapital cəlb etmək üçün yeni struktur planlarını açıqladı

Məşhur serialın yeni mövsümü Koreya şirkətlərinin səhmlərini aşağı salıb

"Konfirom" MMC-yə xəta protokolu

Məşhur şirkətin Azərbaycan nümayəndəliyinə protokol tərtib olunub

Paytaxtın 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Dövlət Neft Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

Dövlət Neft Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb

“Aqrar Sığorta”nın biznes itkiləri 2,3 mln. manatı ötüb

Vardanyanın cinayət işi məhkəməyə göndərilib

Dövlət başçısı: AZAL-ın təyyarəsi Rusiyanın hava məkanında kənar müdaxiləyə məruz qalıb

Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə aldadan şəxs saxlanılıb

Prezident: Təyyarə qəzasının araşdırılması üçün beynəlxalq ekspertlərdən heyət fəaliyyətə başlayıb

Azərbaycan bu il ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb

203 milyard sərmayə, 1,6 milyon iş yeri... - Cənubi Koreya TSMC-yə rəqib yaradır

Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Sərhədin 13 km-nin delimitasiyası aparılıb -RƏSMİ

Bu il 45 namizəd XİN sistemində diplomatik vəzifələrə təyin edilib

Azərbaycan XİN: Türkiyədə 3461 nəfərə ümumvətəndaş pasportu təqdim edilib

İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ixracatçılara müraciət edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin