Dünyada qadınların girə bilmədiyi 5 bölgə (FOTO) - SƏHƏR OXUSU
Dünyanın hər küncü kəşf sevərlərə fərqli bir macəra təklif edir, amma bəzi yerlər qadınları öz qapılarından uzaq saxlayır. Tarixi əhəmiyyət, dini inanc və ya mədəni ənənələr səbəbindən qadınların girməsi qadağan olunan bu yerlər maraqlı hekayələri ilə diqqət çəkir. Bəziləri müqəddəs sayılan sahələri qorumaq üçün, bəziləri isə qədim qaydaları saxlamaq məqsədilə qadınların girməsinə icazə vermir.
Valyuta.az həmin yerlərin siyahısını təqdim edir:
1. Band-e-Amir Milli Parkı, Əfqanıstan
Əfqanıstanın Bamiyan bölgəsində yerləşən Band-e-Amir Milli Parkı, ölkənin ən böyük kanyonlarından biri hesab edilir. Lakin 2023-cü ildə Taliban hökuməti qadın ziyarətçilərin parka girişini qadağan etdi. Qadağanın səbəbi olaraq "əxlaq" qaydaları göstərildi. Talibanın idarə etdiyi Əfqanıstanda qadınların ictimai sahələrə çıxışı getdikcə məhdudlaşır.
2. Herbertstrasse, Almaniya
Herbertstrasse yalnız qadınlara deyil, həm də 18 yaşdan kiçik oğlanlara da qapalı bir küçədir. Nazi dövründən qalan metal baryerlər küçənin girişinə yerləşdirilib və qadın turistlərin buraya girməsi qadağandır. 1933-cü ildən tətbiq olunan bu qadağalar Nazi rejiminin əxlaqsız qadınları nəzarət altına almağa çalışmasının bir hissəsi idi.
3. Okinoshima Adası, Yaponiya
Okinoshima Adası Yaponiyanın Fukuoka sahillərindəki kiçik bir adadır. Bu ada müqəddəs sayılır və UNESCO tərəfindən "müqəddəs ada ibadətinin nümunəsi" olaraq tanınır. Adada üç Şinto məbədi, dəniz tanrıçalarına həsr olunub.
Bugün adaya həm qadınların, həm də kişilərin girməsi qadağandır. Lakin hər il keçirilən bir festival zamanı yüzlərlə kişi, dəniz suyunda yuyunaraq adaya ziyarət edə bilir. Qadınlar isə bu səyahətin "təhlükəli" olduğu səbəbi ilə adaya buraxılmır.
4. Omine Dağı, Yaponiya
Yaponiyanın Honshu adasında yerləşən Mount Omine Şinto və Budist inanclarının qarışdığı müqəddəs bir yerdir. UNESCO Dünya Mirası siyahısında olan bu dağ, mənəvi yürüşlər və sakit təbiəti ilə məşhurdur.
Lakin zirvəyə qadınların çıxması qadağandır. Bu yasaq, 1000 ildən çoxdur ki, tətbiq olunur və qadınların kişi hacılara "dikkət dağıdıcı" olacağı səbəbi ilə qoyulub.
5. Athos Dağı, Yunanıstan
Ortodoks ənənəsi, Athos Dağını Meryəm Anaya həsr edir və başqa bir qadının bu müqəddəs yerə ayaq basmasını qadağan edir. Lakin bu vəziyyət, qadınların giriş cəhdlərini əngəlləyə bilməyib. Hətta 2019-cu ildə Bizans kilsəsinin altında qadın sümükləri tapılıb, bu da yasağın pozulduğunu düşündürür.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay