Yayda sərin, qışda isti - Ağıllı çarpayı təqdim olundu
“Sleep Number ClimateCool” - temperaturu tənzimləyə bilən ağıllı çarpayı təqdim edilib.
Valyuta.az-ın məlumatına görə, “Sleep Number ClimateCool” ağıllı çarpayı yayda sərin, qışda isə isti yataqda yatmağa imkan verəcək. Ağıllı çarpayı çarpayının temperaturunu 15 dərəcəyə qədər dəyişə bilir və həmişə ideal yuxu dərəcəsini təqdim etməyi hədəfləyir. Yeni yatağın temperaturu 13 dərəcəyə qədər düşə bilir. İçindəki keramika gel bunu təmin edir.
“Sleep Number” əvvəlki araşdırmasında, iştirakçıların yüzdə 80-nin yatağın çox isti və ya çox soyuq olması səbəbindən ya özlərinin, ya da partnyorlarının yuxu problemi olduğunu ifadə etdiyini bildirmişdi. Yeni çarpayı ilə yuxu üstünlükləri fərdiləşdirilə və xüsusi proqram yaradıla bilər. Başqa sözlə, sərin çarpayıda uzanıb yuxu zamanı temperaturu tədricən artıra bilərsiniz.
Şimal-Qərb Universiteti Feinberq Tibb Fakültəsinin Sirkadiyen və Yuxu Tibb Mərkəzi ilə əməkdaşlıqda hazırlanmış çarpayı böyük diqqəti cəlb edəcək kimi görünür.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay