BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
57266

“Youtube” bu gün bu qədər gəlir əldə edir. Deyirlər ki, siz onu illər əvvəl 2,6 milyard dollara satmısız. İndi “Netflix”in dəyərinə baxsaq, milyardlarla dollar qazanırlar. Deyirlər ki, belə dövrdə “Youtube”u “Google”a satdığınıza heyfislənirsinizmi?”

Bunu bunu Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı “YouTube”un həmtəsisçisi Stiv Chen deyib.

S.Chen deyib ki, “Google”un köməyi olmadan “Youtube” bu səviyyədə olmazdı: “Biz o vaxtlar pul itirirdik. “Youtube”un gəlirli olmasına illər lazım oldu. “Google” alandan sonra səbirlə onu inkişaf etdirməyə başladı, uzun illər “Youtube”dan pul qazana bilmədi. Bu səbəbdən, “Google”a satmağıma heyfislənmirəm. İnsanlar bir şeyi başa düşmür ki, hamını xoşbəxt etmək nə qədər çətin məsələdir. İnsanlar “Youtube”dan istifadə edir, hamı həzz alır. 3-4 yaşlı uşaqlar da “Youtube”a baxır, 80 yaşlı insanlar da. İnsanlar youtuber olmaq istəyirlər”.

S.Chen bildirdi ki, satış qərarı o qədər də asan verilməyib: “O vaxt “Youtube”un 56 nəfər işçisi var idi. Əksəriyyəti “Paypal”dan “Youtube”a gəlmişdi. Deməli, “Paypal”ı “E-bay” almışdı, ona görə işdən çıxanlar çox oldu. Şirkətin qaymaqları işdən ayrılmışdı və biz onları işə dəvət etmişdik. İşçilər o şirkətin satılmasına qarşı idilər. Biz o kadrları işə dəvət etmişdik. Ona görə, satmaq məsələsində biz də tərəddüd edirdik. O təklif gələndə, 5 gün müzakirə etdik. Dedik işçiləri işdən çıxaracaqlar və s. “Google” hər gün yemək göndərməyə başladı. Pulsuz kofe, nahar və s. Yəni yeməklə bir növ başımızı aldatmağa başladılar (Gülür). Amma o, artıq siqnalı verirdi ki, biz şirkəti əldə etməyə çalışırıq. “Paypal”ın “Ebay”a satışından narazı olan qrup indi “Youtube”u “Google”a satmağa tərəddüd edirdi. Biz fikirləşirdik ki, “Youtube”dan necə pul qazanaq? Uzunmüddətli perspektiv üçün bunu düşünürdük. Bunu nəzərə alaraq sonunda satmaq qərarı verildi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin