BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
56586

İş müsahibəsi zamanı ən tərəddüdlü məsələ həmişə əmək haqqının müəyyən edilməsi üçün ayrılmış bölmədir. “Onların verə biləcəyindən aşağı maaş istəsəm və daha çox pul qazanmaq fürsətini əldən versəm”, "Çox yüksək maaş istədiyim üçün məni saymasalar”, “Sektorda olan maaşlardan çox fərqli bir rəqəm desəm nə olacaq?” kimi fikirlər iş müsahibəsinə gedən şəxsləri narahat edir. Deyək ki, istədiyinizi dediniz və ya müdirinizdən maaş artımını istəməyə qərar verdiniz (işçilər üçün) və sonra bu başqa problemdir. Qarşı tərəfi dediyiniz məbləğə qəbul etməyə inandırmalısınız.

Əgər fikrinizdə qəti bir şey yoxdursa, iş müsahibəsinə getdiyiniz zaman və ya müraciət formasını doldurduğunuzda, maaş hissəsini cavabsız qoymanız faydalıdır. Əgər maaş bildirməlisinizsə, maaş aralığını tərk etmək daha yaxşıdır, adətən köhnə maaşınızdan 10% daha çox işə başlaya bilərsiniz. Dəqiq rəqəm vermək lazımdırsa, hər ehtimala qarşı, müraciət etdiyiniz vəzifə və ya eyni sektordakı oxşar vəzifələr haqqında ən aktual maaş məlumatlarına sahib olmaq üçün iş müsahibəsindən əvvəl araşdırma aparmaq faydalıdır.

Sizə təklif olunan əmək haqqını heç bir etiraz etmədən dərhal qəbul etmək məcburiyyətində deyilsiniz. Əmək haqqını müzakirə etməkdən çəkinməyin. Güclü tərəflərinizi ortaya qoyun və üstünlüklərinizin qiymətləndirilməsini xahiş edin. Ancaq eyni zamanda, unutmayın ki, istədiyiniz maaş təkcə sizin üçün deyil, həm də qarşı tərəf üçün fayda təmin etməlidir. Buna görə də, həmişə ağlabatan tələblər etmək üçün diqqətli olun və yerinə yetirilməyən bir ödəniş tələb etməyin. Qarşı tərəfi inandırmaq üçün şirkətin ehtiyaclarından xəbərdar olduğunuzu və sizə verəcəyi maaşın şirkətin xeyrinə olacağını söyləyə bilərsiniz. Və müdirinizin təklifi qəbul etməsinə nail ola bilməmək ehtimalını nəzərə alaraq, həmişə ən azı bəzi istəklərinizi qarşılaya biləcək bir B planına sahib olun.

Əmək haqqı qazancınızın yalnız bir aspektidir. Bu, aylıq aldığınız xalis əmək haqqı deyil. Ümumi maaşınız, bonuslarınız, sığortanız, alacağınız artımlar, karyera imkanları, tətillər, əldə edə biləcəyiniz bilik və bacarıqlar, şəxsi hüquqlarınız, bütün bunlar gəlirinizin bir hissəsidir. Bu səbəbdən təklifi qiymətləndirərkən bütün şərtləri nəzərə almaqda fayda var. Qısa müddətdə gəlirli bir iş arzulasanız da, uzunmüddətli perspektivdə karyera imkanlarınızı nəzərdən qaçırmayın.

Düzgün qərar vermək üçün qərarınızın həm sizi, həm də işəgötürəni qane etməsini təmin etmək üçün bu vaxt lazım ola bilər.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin