“Nike”ın yeni CEO-su 36 il əvvəl təcrübəçi kimi işə başlayıb
“Nike” şirkətinin baş direktoru Con Donahoe oktyabrın 14-də vəzifələrini yeni baş direktor Elliot Hillə təhvil verəcək.
Valyuta.az “Reuters”ə istinadən xəbər verir ki, şirkətə 36 il əvvəl təcrübəçi kimi başlayan Hill müxtəlif vəzifələrdə çalışdıqdan sonra baş direktor vəzifəsinə qədər yüksəlib. Bu gün harada olduğunu izah edən Hill bildirib ki, “Nike” həmişə onun bir parçası olub:
“Mən onu daha parlaq gələcəyə aparmağa hazıram. 36 ildir ki, sənayenin ən yaxşıları ilə işləmək imkanım olub”.
Bundan əlavə, “Nike”ın yeni baş direktoru satışları canlandırmaq üçün pərakəndə satıcılarla münasibətləri yaxşılaşdırmağa çalışa biləcəyi qeyd olunub. Digər tərəfdən, Nike rəhbərləri Hillin təyin edilməsinin düzgün qərar olduğunu bildiriblər. Hill əvvəllər “Nike”ın İdarə Heyətində çalışıb və 2020-ci ildə işini tərk edib. Hill, İdarə Heyətinin üzvü olana qədər karyera nərdivanını bir-bir yüksəlib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay