O, “Tesla”nı quranda həftədə 100 saat işləyirdi - Dünyanın ən zəngin adamlarının qeyri-adi vərdişləri
“Tesla” və “Space-X”ın qurucusu Elon Musk, “Tesla” şirkətini qurarkən həftədə 100 saat işləyirdi, gündə 8 pəhriz kola və 2 fincan qəhvə istehlak edirdi. Səhər yeməyində cəmi bir paket şokolad yeyirdi.
Bill Qeyts
“Microsoft”u qurduğu ilk günlərdə Bill Qeyts işçilərinin nömrələrini əzbərləyir və işə nə vaxt gəldiklərini yoxlayırdı. O, bayramlara inanmırdı və hamının onun kimi çox işləməsini istəyirdi.
Jef Bezos
“Amazon”un baş direktoru Jef Bezos səhər yeməyini qaçırmamaq üçün heç vaxt səhər görüş təyin etmir. Əgər həqiqətən də səhər iclası olmalı idisə, görüşü sağlam səhər yeməyi ilə birləşdirərdi. Görüşlərdən əvvəl o, bütün yüksək vəzifəli şəxslərə 6 səhifəlik qeydlər yazdırır və iclasın əvvəlində yarım saat ərzində oxudur.
Mark Zukerberq
Mark Zukerberq zəkasını əhəmiyyətsiz seçimlərə sərf etməmək üçün hər səhər sadə boz köynək, sviter və düz şalvar geyinir. Hər ilin sonunda o, nə edəcəyini (texnologiyadan tutmuş şəxsi vəziyyətlərə qədər) qabaqcadan qərara alır və ətraflı yazır.
Stiv Cobs
“Apple”ın qurucusu Stiv Cobs ilk dəfə universiteti bitirəndə “Atari”də işləyərkən gecə növbələrində çimər, ofisdə ayaqyalın gəzərdi.
Johnny Deep
Johnny Deep Barbie oyuncaqları çox sevir. Onun öz Barbie kolleksiyası var. Onlardan bir neçəsi məşhur aktyor və müğənnilərə məxsus məhdud sayda Barbi kuklalarıdır. O, hər Barbi kuklası üçün xüsusi zinət əşyaları alır. Bir gün oynadığı rollarda istifadə etdiyi əşyaları götürüb nəvələrinə göstərmək üçün saxlayırmış.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay