BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8843
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2351
54860

Ömründə ilk dəfə kompüter görəndə ona toxunmadı, çünki baha olduğu üçün zədələnsə, pulunu ödəyə bilməyəcəyini düşünürdü. Lakin zaman onu internet milyarderinə çevirdi. Sıfırdan zirvəyə qədər möhtəşəm uğur hekayəsi olan “Alibaba” və “AliExpress”in qurucusu Cek Manın sözləri hər kəsi ruhlandıracaq.

Valyuta.az milyarder Cek Manın ilham verici fikirlərini təqdim edir:

“Yalnız axmaqlar ağızları ilə danışar. Ağlı ilə danışanlara ziyalı, qəlbi ilə danışanlara isə müdrik deyilir”.

“Menecer heç vaxt öz işçisinin texniki bacarığı ilə rəqabət aparmamalıdır. Əgər həmin şəxs artıq idarəçi olubsa, bir çox cəhətdən işçidən üstün olmalıdır. Yoxdursa, bu, o deməkdir ki, o, bu vəzifəyə layiq deyil”.

“Yaxşı idarəçi olmaq üçün ilk növbədə rahatlığınızdan əl çəkməlisiniz. Çünki yaxşı menecer eyni anda bir çox problemlə məşğul olur və adi bir insanın öhdəsindən gəlmək istəmədiyi vəzifələrin öhdəsindən gələcək qədər güclüdür”.

“İş dünyasında qalıcı və möhkəm yer qazanmaq istəyirsinizsə, siyasətdən uzaq olun. Əgər siyasi fəalsınızsa, heç vaxt təhlükəsiz addımlar ata bilməzsiniz. Üstəlik, siyasi güc və sərvət heç vaxt yan-yana oturmamalı olan iki partlayıcı maddə kimidir”.

“Əsl uğursuzluq heç nəyi sınamadan dayanmaqdır”.

“Uğurun yeganə şərti səmimi qərarlı, çalışqan və istəkli olmaqdır”.

“Əgər həyatda ən böyük həvəsinizin işiniz olduğunu düşünürsünüzsə, çox güman ki, böyük səhv edirsiniz və bir gün bunun doğru olmadığını anlayacaqsınız. Çünki biz bu dünyaya bir dəfə gəlirik və həyat kəşf olunmağı gözləyən saysız-hesabsız gözəlliklərlə doludur”.

“Əsl sahibkarın heç vaxt düşmənləri olmur. Rəqiblərinizi düşmən kimi görməyin, çünki onların sizdən qazanacağı çox şey var”.

“Rəqabət şahmat oyununa bənzəyir. Bir oyunda məğlub olmağınız o demək deyil ki, digər oyunda tarazlığı dəyişə bilməyəcəksiniz”.

“Rəqiblərinizi heç vaxt, hətta sizdən kiçik və zəif olsalar da, qiymətləndirməyin. Bu səhvə yol vermək, itkini əvvəldən qəbul etmək deməkdir”.

“Dünya nə danışdığınızla deyil, nəyi həyata keçirdiyinizlə maraqlanır”.

“Əgər tez-tez depressiyaya düşsəniz və hər şeydən şikayət etsəniz, vəziyyətinizi alkoqoliklə bərabər hesab edə bilərsiniz. Çünki nə qədər çox şikayət etsən, imtina etmək bir o qədər çətinləşir”.

“İş həyatında həmişə müştərilərinizi birinci, işçilərinizi ikinci, tərəfdaşlarınızı və səhmdarlarınızı isə üçüncü yerə qoyun”.

“Bir müdirin qazana biləcəyi ən böyük sərvət işçilərinin onun üçün işləməkdən həzz aldıqlarını görməkdir”.

“Bu gün qəddardır. Sabah daha qəddardır. Sabahdan sonrakı gün çox gözəldir”.

“Əgər imtina etməsəniz, hələ də şansınız var. Əgər kiçiksənsə, gücünüzdən çox beyninizə güvənməlisiniz”.

“Əgər biz nə etmək istədiyimizi bilən yaxşı komandayıqsa, onlardan birimiz on nəfəri məğlub edə bilərik”.

“Uğursuz olmağımın əhəmiyyəti yoxdur. Ən azından başqalarına nümunə ola bilərdim. Mən uğursuz olsam da, kimsə mütləq uğur qazanacaq”.

"Biz uğur qazanacağıq, çünki çox gəncik və heç vaxt, heç vaxt təslim olmayacağıq."

“Rəqibinizdən öyrənməlisiniz, amma heç vaxt onlardan kopyalamamalısınız. Kopyaladığın an yox olursan”.

“Əgər böyümək istəyirsənsə, yaxşı fürsət tapmalısan. Bu gün böyük bir şirkət olmaq istəyirsinizsə, həll edə biləcəyiniz sosial problemlər haqqında düşünün”.

“Uğurlu olmaq üçün yüksək EQ (emosional intellekt) olmalıdır. Uğurunuzun qalıcı olması və itməməyiniz üçün yüksək IQ-ya sahib olmalısınız. Ancaq hörmətə sahib olmaq üçün yüksək LQ, sevgi IQ-ya sahib olmalısınız”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər kimlərdir?

"Toyota"nın ən etibarlı mühərrikinin parametrləri

Təyyarədə hansı yeməklər sifariş edilməlidir?

Məşhur milyarder xalis sərvətinizi 50 faiz artırmağın yolunu açıqladı

Sayğaca müdaxilə olunduğunu bu üsulla müəyyən etmək olar

Dünyanın ən yaxşı ölkələrinin adları açıqlandı - SİYAHI

Yerli balığa həsrət qalmışıq - Qiymətlər necə dəyişəcək?

Yüksək pensiya alanların yeni “taktika”sı - Toplanan vəsait nəvəyə ötürülə bilər?

Regionun ən bahalı pullu yolu Azərbaycandadır - Tariflər

Regionun ən bahalı pullu yolu Azərbaycandadır - Tariflər

Universitetlərdə əlilliyi olan tələbələr üçün hansı şəraitlər var? - SORĞU

Şuşaya gedən azərbaycanlılar nə qədər pul xərcləyiblər?

Əmək müqaviləsinə xitam verilməsi qaydasında dəyişiklik - MİSALLARLA

Turistlərin getdiyi ən qəribə yerlər - Tərk edilmiş, qorxulu, qeyri-adi...

Azərbaycanda hansı bank 5 dəqiqəyə 50 min kredit verir?

Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

Kredit kartları ilə bağlı yeni qaydalar gəlir: Şərtlər vətəndaşların xoşuna gəlməsə...

Sürücülərin maşınla bağlı bir-birlərinə verdiyi 10 zərərli TÖVSİYƏ

ABŞ-da bərabərsizliyin artmasının səbəblərindən biri - Həyat yoldaşı seçimi

Ölkədə bu xidmətlərin qiyməti artdı

Yuxuda pul qazanmaq: Uğurlu milyonçudan beş məsləhət

Noyabrda neçə gün iş olmayacaq?

Bu ölkədə aclığa görə yüzlərlə fil öldürüləcək

Çayımızın keyfiyyətini aşağı salan məqamlar

Banklar hansı hallarda zamini məhkəməyə verə bilməz? - İZAH

Bu ölkə miqrantlara gəldikləri yerə dönmələri üçün 34 min dollar ödəməyə hazırdır

Arda Gülər üçün 70 milyonluq təklif

10 mindən çox dərmanı ölkəyə qanunsuz gətirməyə cəhd

Azərbaycanda ev telefonları "YOXA ÇIXIR"

Türkiyədə yeni qayda: 7 min lirədən yuxarı alış-verişlər...

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin