BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
54843

Hindistanlı milyarder iş adamı Mukeş Dhirubhai Ambani "Reliance Industries" neft-kimya şirkətinin sədridir.

Valyuta.az xəbər verir ki, Mukeş Dhirubhai Ambani 19 aprel 1957-ci ildə İngiltərənin Ədən koloniyasında (indiki Yəmən) anadan olub. Lakin Ambani Yəməndə qısa müddət yaşadı, çünki atası 1958-ci ildə ədviyyat və tekstil ticarəti məqsədi ilə Hindistana qayıtmağa qərar verdi. Ailə 1970-ci illərə qədər Mumbayda təvazökar iki otaqlı mənzildə yaşayırdı. Daha sonra Ambani Mumbayın Colaba rayonunda hər mərtəbədə bir ailə üzvünün yaşadığı Antilia kimi tanınan 27 mərtəbəli ultra lüks göydələn tikdi.

O, təhsil həyatına Mukeş Ambani və ögey qardaşı Anand Jain ilə Mumbayın yüksək səviyyəli rayonlarından biri olan və zəngin uşaqların oxuya biləcəyi Pedder Roaddakı Hill Grande Liseyi adlı özəl məktəbdə başladı. O, orta təhsilini Mumbayda Cizvit ordeninə bağlı xristian məktəbi olan Sent-Luisdə başa vurub. Xavier Kollecində oxuyub. Daha sonra Mumbaydakı Kimya Texnologiyaları İnstitutunu kimya mühəndisi kimi bitirib.

O, 1981-ci ildə “Reliance”də işləməyə başlayıb və 2002-ci ildə atasının ölümündən sonra şirkətin sədri vəzifəsini icra edib. O, 2007-ci ildən “Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısındadır. 2010-cu ildə o, 29 milyard dollar təxmin edilən sərvətlə 4-cü yerə yüksəldi. Səhmlərinin dəyərinin sürətlə artması ilə əlaqədar bəzi mətbuatda çıxan xəbərlərə görə, o, 2007-ci ildə 63,2 milyard dollar sərvətlə dünyanın ən varlı adamı olub.

2010-cu ilin sonunda Ambani Mumbayda xüsusi tikilmiş evə köçdü və ona "Antilia" adını verdi. 173 metr hündürlüyü, 27 mərtəbəsi və 37.000 kvadratmetr sahəsi olan bu möhtəşəm binanın özəl klinikası var və 6 mərtəbəsi Ambaninin avtomobil kolleksiyası üçün ayrılıb. Ambani və ailəsinin yaşadığı bu binada 600 nəfər tam gün işləyir.

Mukesh Ambani tərəfindən miras qalan və 1966-cı ildə atası tərəfindən qurulan “Reliance Industries” neft və pərakəndə satışdan maliyyə xidmətləri və telekommunikasiyaya qədər müxtəlif sektorlarda fəaliyyət göstərir.

Qeyd edək ki, “Forbes”in məlumatına görə, 66 yaşlı Mukeş Ambani 115 milyard dollar sərvəti ilə dünyanın 10-cu ən varlı adamıdır.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin