Karyeramızla bağlı bizə ilham verəcək 5 ilhamverici TED çıxışı
Bir çox sahədə məlumatlılığı artıran TED danışıqları həm də karyera həyatına yeni baxışı mümkün edəcək bir çox məzmun təqdim edir. Özünə inamın və qətiyyətin gücləndirilməsinə xidmət edən bu çıxışlar bütün dünyada böyük maraqla dinlənilir və fərdlərin özünü kəşf etməsinə şərait yaradır.
Valyuta.az karyeranıza töhfə verəcək həmin danışıqlardan seçilmiş 5 TED çıxışını təqdim edir:
Larri Smit: Niyə gözəl karyeraya sahib ola bilmirsən?
İqtisadiyyat professoru Larri Smit soruşur: “Niyə əla karyeraya sahib ola bilmirsən?” başlıqlı çıxışında insanın özünə qarşı irəli sürdüyü bəhanələrin onun məqsədlərinə çatmasına mane ola bilməyəcəyini izah edir və bir çox insanı ruhlandırır. Larry Smitin hekayəsi ilə özünüzə inamınızı artıracaq qətiyyətli hekayəni dinləmək istəyirsinizsə, bu çıxışa üstünlük verə bilərsiniz.
Simon Sinek: Böyük liderlər necə ilham verir?
Simon Sinek bu çıxışında planlardan əvvəl xəyalların ön plana çıxması lazım olduğunu vurğulayır. Sinek, müvəffəqiyyətin bir plandan daha çoxu ilə əldə edilə biləcəyini söyləyir. Məqsəd yolunda "Niyə, necə və nə?" sual verən metodunun necə həyata keçirilməli olduğunu izah edir.
Scott Dinsmore: Sevdiyiniz işi necə tapırsınız?
Hər səhər xoşbəxtliklə gedə biləcəyiniz bir işə sahib olmağın əhəmiyyətinin açıqlandığı bu çıxışda Dinsmore öz şəxsi təcrübəsinə əsaslanaraq, "Sevdiyiniz işi necə tapırsınız?" sualının cavabını izah edir. Scott Dinsmore çıxışında “Dünyanı dəyişən insanlar sevdiyi işi tapanlardır” deyə vurğulayır.
Dan Arieli: Gördüyümüz işdə bizə yaxşı hiss etdirən nədir?
Dan Arieli: "Gördüyümüz işdə bizi yaxşı hiss etdirən nədir?" sualı verir. Nitqində sualının cavabını insanları labirintdəki pendirə fokuslanmış siçanla müqayisə edərək izah edir. İşdə məqsədin pul, karyera, yoxsa özünü təkmilləşdirmək olduğunu bilmək lazım olduğunu bildirir.
Shawn Achor: Daha xoşbəxt işin sirri
Karyeranıza töhfə verəcək başqa bir çıxış nümunəsi olaraq psixoloq Shawn Achorun mühazirəsini verə bilərik. Beyni müsbət idarə etməyin məsləhətlərini və əhəmiyyətini izah edən Shawn Achor, xoşbəxtliyin məhsuldarlığı artırdığını təklif edir. O, beynə hər zaman müsbət mesajlar verməklə xoşbəxtliyin əldə ediləcəyini və bunun məhsuldarlıq nisbətinə müsbət təsir edəcəyini iddia edir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay