Göyərçinləri maşın qiymətinə satır - Hasan Çetinkayanın hekayəsi
Uşaqlığından bəri göyərçin saxlayan Türkiyə vətəndaşı Hasan Çetinkaya evinin damında yaratdığı sahə ilə göyərçin yetişdirməyə davam edir. Yetişdirdiyi göyərçinləri maşın qiymətinə satan Çetinkaya bu işi daha rahat görmək üçün işlədiyi dövlət qurumundan istefa verdiyini bildirib.
Valyuta.az xəbər verir ki, Çetinkaya, yetişdirdiyi göyərçinləri 5 min lirə ilə 750 min lirə arasında satdığını bildirib. O, deyir ki, bu işə uşaqlıqdan başlayıb:
“Uşaqlıq marağımızdır, ibtidai məktəb illərində başladım və heç dayanmadım. Universitet illərində evin mətbəxi, eyvanı kimi bir çox fərqli mühitdə göyərçinləri bəsləyirdim. Hal-hazırda, son 10 ildə sosial mediada aktiv şəkildə göyərçin alveri ilə məşğulam. Əvvəllər 13 il dövlət idarəsində işləyirdim, amma bu işi daha rahat görmək üçün son 5 ayda istefa verdim”.
Çetinkaya deyib ki, tövlədə hər quş 5 min lirədən 500 min lirə və 750 min lirə arasında dəyişən qiymətlərə satılır:
“İstədiyiniz zaman istədiyiniz quşu sata bilmək üstünlüyünə sahibsiniz. Mən buna daha çox kommersiya baxımından baxıram, daha intensiv alıb satıram. Amma istehsalın yeri başqadır, ananın körpəni yedizdirdiyi an mənim ən çox həzz aldığım andır. Pul, yoxsa bala baxmaqdanmı soruşsanız, bala baxmaq və onun böyüməsini görmək mənə daha çox həzz verir”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay