Komanda rəhbərinə mülayim dillə etiraz etməyin 4 yolu
Menecerinizə meydan oxumaq, fərqli fikir bildirmək və ya öz perspektivinizi sırf yaradıcı şəkildə bölüşmək istəyəndə nə baş verir? Bu sualın cavabı menecerin ümumi münasibətindən, bacarığından və sizinlə münasibətindən asılı olaraq dəyişə bilər.
Menecerinizlə fərqli düşündüyünüz zaman fikrinizi çatdırmaq üçün hansı yanaşmanı tətbiq etməlisiniz?
Düşünürəm ki, bu məsələyə fərqli prizmadan baxıram, öz perspektivimi bölüşə bilərəmmi?
Bu sualla siz əslində qeyd olunan məsələ ilə bağlı əvvəllər bildirilməmiş və çox güman ki, menecerinizin nəzərə almadığı bir baxış bucağının olduğunu göstərirsiniz və diqqət yetirsəniz, icazə istəyirsiniz. İcazə istəyəndə əslində nəzakətlə dialoqu açırsan. Bu cür icazəyə mənfi reaksiya verəcək idarəçilər çox azdır.
Qeyd etdiyinizi həyata keçirdiyimiz ssenari ilə bağlı aşağıdakı narahatlığım var.
Burada da menecerinizin istədiyi və ya diqtə etdiyi marşrutla gedərkən "öz" narahatlığınızı bildirmək istəyirsiniz. Burada subyektiv yanaşma və məsuliyyət tələb edən bir cümlə var. Bəzi menecerlər bu cümlədən sonra sizi dinləyə, “Yaxşı, bunu qeyd etdim” deyib öz yoluna gedə bilər. Başqaları verdiyiniz yeni ideyaları və masaya gətirdiyiniz narahatlıqları nəzərə alaraq istiqamətlərini dəyişə bilər. Hər iki halda siz sərtlik etmədən bu cümlə ilə öz subyektiv fikrinizi və narahatlığınızı bildirirsiniz.
Mənim bu haqda təsəvvürüm bir az fərqlidir, məncə...
Bu ssenaridə siz öz qavrayışınızın fərqli olduğunu göstərmək üçün yenidən “Mən” dilindən istifadə edirsiniz. Menecerinizin fikrini alçaltmadan və ya aşağılamadan öz fikrinizi bildirirsiniz. Öz qavrayışınızın fərqli olduğunu bildirdiyiniz zaman, fərqli qavrayışların doğru və ya yanlış müzakirəsi yoxdur. Bu şəkildə yaxınlaşdığınız zaman menecerinizin sizi dinləmə ehtimalını artırırsınız. Mən bu şəkli belə görürəm...
Sizcə ortaq qərar almaq mümkün olacaq bir vəziyyət ola bilərmi?
Siz əslində burada bəzi danışıqlar bacarıqları nümayiş etdirirsiniz. Rəhbərinin istədiyi ssenariyə cavab olaraq öz fikrini və yolunu bölüşür və “Ortaq qərar ala bilərkmi?” deyə soruşursunuz. Burada meneceriniz çox güman ki, bunu sarkazm və ya təhdid kimi qəbul etməyəcək, bəlkə də bunu yumşaldıcı, daha realist və ifrat baxışın mərkəzləşdirilməsi kimi qiymətləndirəcək.
Bu yanaşmalarla siz menecerinizlə münasibətinizi yaxşılaşdıracaq, onu sizi dinləməyə vadar edəcək və ideyanızın həyata keçmə ehtimalını artıracaqsınız.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay