Avropanın ən mənzərəli qatar marşrutları - FOTOLAR
Həm nostalji, həm də romantik cəhətləri ilə hər kəsi özünə cəlb edən Avropanın qatar marşrutları möhtəşəm mənzərələri ilə səyahətləri unudulmaz edir. Dəmir yolu nəqliyyatının ən qabaqcıl nümunələrinin yerləşdiyi Avropa qitəsi möhtəşəm mənzərəli qatar marşrutları olan demək olar ki, bütün şəhərləri gəzmək imkanı verir. Səyahəti daha zövqlü edən Avropanın qatar səfərləri, Alp dağlarının zirvələrindən tutmuş Belçikanın ənənəvi kəndlərinə qədər hər yeri görmək imkanı verir.
Valyuta.az qatarla səyahət edərkən Avropanın gizli gözəlliklərini kəşf edə biləcəyiniz marşrutları təqdim edir:
Bernia Express İsveçrə - İtaliya
Avropanın ən məşhur qatar marşrutu olan Bernia Express sizi Alp dağlarının yamaclarının və İtaliya göllərinin mənzərələri ilə nağıl səyahətinə cəlb edir. Bəzən 2 min metr yüksəkliyə qalxan bu əfsanəvi ekspedisiya dünyanın ən gözəl qatar səyahətləri arasında sarsılmaz yeri ilə UNESCO-nun Dünya İrs Siyahısında özünə yer tapıb.
Təxminən 4 saat davam edən səyahət zamanı 196 körpü və 55 tuneldən keçirsiniz. Təbiətin bütün rəngləri arasında fırlanan bu qırmızı qatarda rənglərin çaşqınlığına şahid olmaq, ölməzdən əvvəl mütləq görüləcək işlər siyahısında olmalıdır.
Bergen xətti - Norveç
Norveçi bir ucundan digərinə keçən “Bergen Line” 7 saatlıq səyahəti ilə uzun, lakin nəfəs kəsən bir səyahət təcrübəsi təqdim edir. Oslo-Bergen səyahətini Norveçin unikal fiyordları, qarla örtülü zirvələri və təbiət möcüzələri, donmuş göllər müşayiət edir. Şimali Avropanın ən uzun dəmir yolu olan Bergen sizi heyran edəcək.
Glacier Express - İsveçrə
Dünyanın ən yavaş ekspress qatarı və Avropanın ən gözəl qatar marşrutu kimi tanınan Glacier Express, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə, bütün fəsillərdə açıqca görünüşü olan qatar marşrutlarından biridir.
Landwasser Vadisi, Engadine Vadisi və Vale buzlaqları arasında səyahət edən qatar unikal çaylara və şəlalələrə paralel hərəkət edir. St. Sent Moritz və Zermatt xizək kurortları arasında rahatlıqla səyahət edə biləcəyiniz Glacier ekspedisiyasında 291 körpü və 91 tuneldən keçərkən valeh olacaqsınız.
Settle Carlisle – İngiltərə
İngiltərənin təbiətini ən yaxşı şəkildə seyr etmək fürsəti təqdim edən Setlle Carlisle ekspedisiyası Yorkshire Vadisi və Şimali Pennin adalarının qayalıqlarında 2 saat yarıma unudulmaz anlar yaşadır.
Bu səyahət zamanı siz gözlərinizi qırpmadan qeyri-adi mənzərələri izləmək istəyəcək, sosial mediada çox bəyəniləcək fotolar da çəkə bilərsiniz.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay