Məşhur futbolçu üçün bir milyard avro təklif olundu (FOTO)
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu braziliyalı futbolçu Vinisius Juniorun transferi üçün İspaniya təmsilçisi "Real"la danışıqlar aparır.
"Report" "Globo" nəşrinə istinadən xəbər verir ki, qarşı tərəf 24 yaşlı vingerə görə "kral klubu"na 1 milyard avro ödəməyə hazırdır.
Keçid reallaşsa, braziliyalı oyunçu tarixin ən çox maaş alan idmançısı olacaq. Müqavilənin qüvvədə olduğu beş il ərzində Junior bir milyard avrodan çox qazanacaq.
Səudiyyə Ərəbistanında futbolçunu bu ölkədə 2034-cü ildə keçiriləcək dünya çempionatının siması etmək istəyirlər.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən Madrid təmsilçisinin formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 39 matçda 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay