Məhsuldar bir iş həyatı üçün riayət etməli olduğunuz səhər rejimi
Günə necə başlamağınız günün qalan hissəsini müəyyənləşdirir. Bu səbəbdən özünüz üçün xeyirli bir səhər rejimi yaradaraq günün qalan hissəsini daha məhsuldar keçirə bilərsiniz.
Valyuta.az əhsuldar bir iş həyatı üçün riayət etməli olduğunuz səhər rejimini təqdim edir:
İşə vaxtında gəlin.
İşə vaxtında gəlmək üçün həmişə diqqətli olun. Çünki bu öhdəlikdən kənara çıxdığınız zaman işəgötürəninizin gözündə mənfi təəssürat yarada və günün qalan hissəsində məhsuldarlığınıza mənfi təsir göstərə bilərsiniz.
Səhər yeməyini qaçırmayın.
Səhər yeməyi təkcə fiziki deyil, həm də zehni enerjiniz üçün çox vacibdir. Odur ki, məhsuldar iş günü üçün səhər yeməyini laqeyd yanaşmayın.
Əhvalınızı özünüz müəyynləşdirin.
Əhvalınız sizə və ətrafınızdakılara təsir edir. Bu səbəbdən işə başlayarkən əhvalınızı yüksək tutmağa çalışın.
Gün ərzində görəcəyiniz işləri planlayın.
Səhər işə başlayanda görüləcək işlər siyahısı hazırlayın. Beləliklə, siz prioritetlərinizi təyin edəcək və əhəmiyyətsiz şeyləri aradan qaldıracaqsınız.
Həmkarlarınız ilə əlaqə saxlayın.
Günə başladığınız zaman həmkarlarınızla gündəlik hədəfləriniz haqqında qısa söhbətlər aranızda olan bağı gücləndirəcək. Bu, iş mühitində motivasiyanı artıracaq.
Məqsədlərinizi özünüzə xatırladın.
Səhər işə başlayanda nə üçün işlədiyinizi və məqsədinizi xatırladın. Beləliklə, motivasiyanız artacaq və diqqətinizi prioritetlərinizə yönəltmək daha asan olacaq.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay