Maraqlı
07.08.2024 / 07:51
Türkiyədə tapılan dünyanın ən qədim təqviminin sirri açıldı
53154
İngilis tədqiqatçısı Martin Svitman bəşər tarixində potensial olaraq ən qədim təqvimin müasir Türkiyənin cənubundakı Göbəkli Təpə yaşayış məskəninin sütunlarından birinə həkk olunduğunu bildirib.
Onun sözlərinə görə, 365 gündən ibarət təqvim 12 aya bölünüb
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Edinburq Universitetinə görə, bu ay təqviminin ən qədim nümunəsidir.
Qeyd edək ki, Göbekli Təpə Türkiyənin cənubunda təxminən 12-10 min il əvvəl mövcud olmuş qədim yaşayış məskənidir. Antropoloqlar onu yer üzündə sivilizasiyanın, dinin və mədəniyyətin ən qədim izlərindən biri hesab edirlər. Təqvimin tapıldığı "Struktur D" adlanan ərazi keçən əsrin sonlarında qazıntılar zamanı üzə çıxarılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay