Maraqlı
05.08.2024 / 08:41
3500 il yaşı olan “kassa çeki” tapılıb
53006
Türkiyədə aparılan arxeoloji qazıntılarda qədim dövrlərə aid maraqlı artefaktlar üzə çıxır.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Hatay əyalətində arxeoloji qazıntılar zamanı aşkar edilmiş gil lövhə yerli və xarici arxeoloqların diqqətini cəlb edib. Eradan əvvəl XV əsrə aid gil lövhənin laboratoriyada tədqiqi zamanı onun akkad dilində mixi yazı ilə tərtib olunduğu sübuta yetirilib. Məlum olub ki, söhbət mebel alışına dair rəsmi sənəddən gedir. Tarixçilər bu tapıntını qədim “kassa çeki” hesab edirlər.
Hazırda mütəxəssislər nadir tapıntının üzərindəki mətnin tam tərcümə olunmasına çalışırlar. Gil lövhə barədə xəbərə dünyanın aparıcı media qurumları yer ayırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay