Kitab oxumağın uğurlu insan olmağımızda rolu
Vasif Ağayev
Əmək qanunvericiliyi üzrə hüquqşünas, insan resurslarının idarə edilməsi üzrə mütəxəssis
Kitabı bizi bizə qaytarır. Kitab bizi bizə tanıdır. Kitab etibarlıdır və səmimidir. O, oxucusu üçün olduğu kimi görünür. Bu dostluğun isə bizə inanılmaz faydaları var. Özünüzü kitab oxuduğunuz üçün sevin. Və kitabı sevin...
Mütaliənin faydalarına gəlincə isə, bir çox faydalarının bəzilərini diqqətinizə çatdırmaq istəyirəm. İnsan resurslarının idarə edilməsi üzrə çalışanlar həmçinin kitab ilə dost olmalıdırlar. Çünki kitabın qatdığı faydalar onların özlərini peşələrində inkişaf etdirmələrinə böyük köməklik edəcək.
Mütaliə etmək problem həll etmə və analitik bacarıqlarımızı inkişaf etdirməkdə mühüm rol oynayır. Mütaliə mütəmadi olaraq lüğətimizi artırır, çünki kitabları oxuyarkən çoxlu yeni sözlərlə qarşılaşırıq və onların mənalarını öyrənirik. Bu, həm oxumağımızı, həm də söz ehtiyatımızı yaxşılaşdırmağa kömək edir.
Mütaliə yaddaşımızı gücləndirir, çünki oxuduğumuz zaman beynin öyrənmə və yaddaşa cavabdeh olan hissəsi aktivləşir.
Mütaliə insanın düşüncə gücünü artırır, çünki o, ətrafda baş verənlər haqqında bizə məlumat verir. Bəzən biz özümüzü sanki həmin anda hiss edirik. Beləliklə, düşüncə bu məsələlər haqqında daha aydın düşünməyə başlayır və zəkanın təkmilləşməsinə təsir edir.
Kitab oxumaq vacibdir, çünki kitablar həm də stressi aradan qaldırmaq üçün yaxşı vasitədir. İnsan kitab oxuyursa, düşdüyü vəziyyətdən bir müddət uzaqlaşır, bu da onu daha rahat və xoşbəxt hiss etməsinə səbəb olur.
Kitablar bizi yaxşı yazıçı edir. Çünki hər hansı kitabı oxuyanda, fərqli ifadə üslubları görürük və bu, yazı bacarıqlarımızı artırır.
Kitablar bizim dünyaya açılan pəncərəmizdir. Biz hər hansı kitabı oxuyanda o mövzu haqqında çoxlu məlumatla qarşılaşırıq və bu, bizə həmin mövzu haqqında çoxlu məlumat əldə etməyə kömək edir. Bu, bizi əvvəlkindən daha ağıllı və güclü edir.
Kitab oxumaq bizi xoşbəxt edir, çünki hər hansı bir kitabı oxuyanda öz dünyamızdan çıxmaq və başqa bir dünyanı kəşf etmək bizə həzz və xoşbəxtlik verir. Hər gün mütəmadi olaraq kitab oxumaq lazımdır. Hər gün müntəzəm olaraq kitab oxuyan insanlar nizam-intizam qazanır və biz bu intizamı həyatımızın digər sahələrində də qoruya bilərik. Gündə 30 səhifə oxumaqla müəyyən nizam, nizam-intizam və mütaliə vərdişini qoruyub saxlaya bilərik.
Uğurlu insanlar güclü yaddaşa malikdirlər, fikirlərini yaxşı ifadə edə bilirlər və nizam-intizamlıdırlar. Kitab oxuyaraq qazanacağımız bu bacarıqlar bizə uğur qazandıracaq. Kitab oxumaq diqqəti və konsentrasiyanı yaxşılaşdırır.
Oxumaq daha yaxşı yatmağa kömək edir. Heç kimə sirr deyil ki, yataqda kitab oxumaq uzun bir günün ardından istirahət etmək üçün sakitləşdirici və rahatlatıcı bir yol ola bilər. Oxumaq təkcə zehniniz üçün deyil, həm də bədən üçün faydalıdır. Tədqiqatlar göstərir ki, bu, stress səviyyələrini azaltmağa və ümumi yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Buna görə də kitab oxumaq keyfiyyətli yuxu üçün faydalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay