Dünyada həftəlik iş saatları - Azərbaycanda necə tənzimlənir?
Bu gün dünyada müzakirə olunan məsələlərdən biri də həftəlik iş saatlarının azaldılmasıdır.
Bəzi ölkələr artıq 4 günlük iş gününü sınaqdan keçirməyə başlayıb, bununla bağlı qanunlar qəbul edirlər. Ekspertlər düşünür ki, iş günlərinin sayının azaldılması əmək məhsuldarlığına təsir etməyəcək, yaşayış standartlarını yüksəldəcək, yeni iş imkanları açacaq.
Dünya ölkələrində isə yaşayış standartları fərqləndiyinə görə iş saatlarında da kəskin fərqlər nəzərə çarpır.
Valyuta.az xəbər verir ki, əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının statistik məlumatına görə, dünyada həftəlik ən az iş saatı Niderlandadır. Bu ölkədə həftəlik iş saatı 31,6 saatdır.
Digər yerlər isə belə sıralanır:
Kanadada 32.1 saat, Avstraliyada 32,3 saat, Yeni Zellandiyada 33 saat, Almaniyada 34,2 saat, Fransa, İsveçrə, İsveçdə 35.9 saata qədər, İtaliya və Yaponiyada 36,6 saatdır.
2023-cü ildə uzun iş saatları ilə işləyən işçilərin nisbətinin ən yüksək olduğu Avropa Birliyi ölkəsi yüzdə 11,6 faizlə Yunanıstan olub. Bununla belə, Türkiyə uzun iş saatları ilə işləyən işçilərin nisbətində yüzdə 27,2 faizlə Yunanıstanı geridə qoyub. Türkiyədə həftəlik iş saatı 43,9 saatdır.
Azərbaycan Respublikasında isə işçinin tam iş vaxtı və onun hansı qaydada müəyyən edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsində təsbit edilib.
Bu maddəyə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.
Məcəllənin 90-cı maddəsinə əsasən isə bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi də müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda isə gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay