“Amazon” “Temu”ya rəqib yaradır - Rəqabəti hansı şirkət qazanacaq?
"Amazon" Çinin populyar platformaları "Shein" və "Temu" ilə rəqabət aparmaq üçün yeni onlayn alış-veriş platforması yaradır.
Valyuta.az xəbər verir ki, texnologiya nəhəngi bu mağazada Çindən ucuz məhsullar satmağı planlayır.
Amazonun yeni mağazasında 20 dollardan aşağı bir çox - İdman avadanlıqlarından telefon qutularına, masaj cihazlarından məişət texnikasına qədər geniş çeşiddə məhsullar təqdim olunacaq.
Bu addımla "Amazon" "Shein" və "Temu" kimi Çin əsaslı rəqiblərinə birbaşa alternativ yaradacaq.
“Amazon” həm də məhsulların çatıdrılmasında zamanla bağlı rəqabətə hazırlaşır. Belə ki, yeni mağaza məhsulları Çindəki satıcılardan birbaşa müştərilərə göndərməyi planlaşdırır və çatdırılma müddəti 9 ilə 11 gün arasında olacaq. Bu yolla Çindən gələn məhsulların uzun müddət gözləmə probleminin həll ediləcəyi gözlənildiyi halda, “Amazon istifadəçilərinə daha sürətli və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir”.
Bir növ brendin bu təşəbbüsü çinli satıcılar üçün də böyük üstünlük yaradacaq. Satıcılar öz məhsullarını kiçik partiyalarda sınaqdan keçirə və tələbata uyğun istehsal edə biləcəklər. Bu çevik struktur satıcılara məhsulları daha tez və effektiv şəkildə bazara çıxarmağa imkan verəcək.
2023-cü ilə aid statistik məlumatlarda qeyd edilib ki, “Amazon”da satış edən çinli satıcıların sayının 20 faiz, 10 milyon dollardan çox satanların isə 30 faiz artması çinli satıcıların “Amazon”nun gəlirlərinə təsirinin artırıb.
Yeni mağazanın açılış tarixi hələ müəyyən edilməyib, lakin Amazonun planlarına görə, mağaza payızda fəaliyyətə başlayacaq.
Bəs Amazon ucuz Çin mağazaları ilə rəqabət apara bilərmi?
Mövzunu şərh edən ekspertlər bildirir ki, əgər söhbət rəqabətdən gedirsə, bir çox ölkənin bazarına yeni girən “Temu” qısa zamanda milyonlarla istifadəçiyə çatıb. Hətta bu platforma artıq ölkəmizdə də populyarlıq qazanmağa başlayıb. Sərfəli qiymətləri və geniş məhsul çeşidi ilə diqqət çəkən platforma həm də hər gün təqdim etdiyi yeniliklərlə müştəri cəlb etməyə çalışır.
Bu platformalarla isə rəqabəti itirməmək üçün “Amazon” ötən ilin dekabr ayında satıcı komissiya haqlarını azaldacağını açıqladı. Belə ki, platformada 20 dollardan aşağı geyim satan satıcılardan alınan komissiyaları əhəmiyyətli dərəcədə azaldacağını və 2024-cü ilin yanvar ayından etibarən 15 dollardan aşağı geyim məhsulları üçün satıcı komissiyalarını 5%-ə, 15 ilə 20 dollar arasında olan paltarlar üçün isə 10%-ə endirəcəyi deyildi. Bu açıqlamaya qədər isə həmin kateqoriyalarda əvvəllər tətbiq edilən komissiya dərəcəsi 17% idi.
Ekspertlərə görə Amazon bunu etməklə rəqabətdə gücünü itirmək istəmir. Ona görə də Amazon yeni mağazası ilə ucuz məhsul axtaran istifadəçilər üçün cəlbedici bir seçim kimi görünməyə çalışır. Lakin bu platformaların rəqabətdə hansının sıradan çıxacağını, hansının daha çox inkişaf edəcəyini demək hələki çətindir. Bunu ancaq zaman göstərəcək".
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay