Karyera dəyişmə vaxtının gəldiyini necə bilirsiniz?
İşinizin zamanla rutinə çevrilməsi və əvvəllər yaşadığınız həyəcanın olmaması sizin üçün yeni bir qərar vermə vaxtının gələ biləcəyinin göstəricisidir. Bəs karyera dəyişikliyinin nə vaxt gəldiyini necə bilmək olar?
Əgər gördüyünüz aldığınız maaş sizi qane etmirsə.
İş dəyişikliyinin ən mühüm səbəblərindən biri maaşın aşağı olmasıdır. Gəlir bölgüsündə tarazlıq qura bilmirsinizsə və maliyyə çətinlikləri yaşayırsınızsa, iş yerini dəyişməyin vaxtı gələ bilər.
Potensialınızı üzə çıxara bilməsəniz
Bəzən çalışdığınız qurumda potensialınızı üzə çıxarmaq mümkün olmur. Bu, yalnız yeni bir yerdən başladığınız zaman baş verə bilər. Əgər belə bir vəziyyətdəsinizsə və bu iş motivasiyanızı əks etdirirsə, potensialınızı ortaya qoya biləcəyiniz bir yerə keçmək daha yaxşı olardı.
Daha səmimi iş mühiti axtarırsınızsa.
Əgər işlədiyiniz yerdə həm iş yükü, həm də stress yüksəkdirsə və bu, şəxsi həyatınıza əks olunursa, bu sizi psixoloji cəhətdən gərginləşdirəcək. Belə olan halda həmin yeri tərk edib eyni sektor daxilində başqa bir quruma keçmək motivasiyanızı artıracaq.
Xəyallarınızın arxasıyca getmək istəyirsinizsə.
Başqa bir işdə və ya sənayedə işləmək arzusunda olduğunuzu görürsünüzsə, bu sizin üçün başqa bir əlamətdir. Bu nöqtədə maraqlarınızı təhlil etmək və düzgün qərar vermək vacibdir.
İşinizdə məqsəd olmasa
Hər kəsin müxtəlif motivasiya mənbələri ola bilər. Ancaq bir məqsədə xidmət etmək, bir məqsədə töhfə vermək kimi şeylər iş həyatında əhəmiyyətlidir. Əgər belə hiss etmirsinizsə, iş dəyişdirmək sizin üçün yaxşı ola bilər.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay