“Lovğa”, “təkəbbürlü” rəhbərlər idarəetmədə nəyi düzgün etmirlər?

Redaktor

22.07.2024 13:49
580

“Lovğa”, “təkəbbürlü” rəhbərlər idarəetmədə nəyi düzgün etmirlər?

Kollektiv içərisində işçilər tərəfindən çox da xoş qarşılanmayan rəhbər tipləri olur. İşçilər rəhbərlərini “loğva”, “təkəbbürlü” kimi qiymətləndirə bilirlər. Bəs bu tipli rəhbərlər idarəetmədə nəyi düzgün etmirlər? Bu xüsusiyyət onlar ilə işçilər arasında hansı problemlər yaradır?

Valyuta.az-a danışan idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir deyir ki, lovğa rəhbərlər iş həyatında qarşılaşdığımız, bir şirkətin və işçilərin başına gələ biləcək ən böyük problemlərdən biridir. Lovğa rəhbərlərin ən böyük problemləri kommunikasiya əskikliyidir:

“Onlar işçilərlə düzgün əlaqə qura bilmirlər, çünki işçilərin bir şey bilmədiyini, savadsız olduğunu və onların fikirlərinin əhəmiyyətinin olmadığını düşünürlər. Bu tipdə rəhbərlər işçilərin fikirlərinə əhəmiyyət vermədiyi üçün şirkətlə bağlı ala biləcək qərarlarda ortaq fikir yaratmaq mümkün olmur. Rəhbər “Mən bilirəm”, “Özüm həll edərəm” kimi fikirlər səsləndirməsi bir şirkət üçün ən böyük strateji problemlərdən biridir. Digər tərəfdən əgər şirkət işçiləri fikirlərinin diqqətə alınmadığını gördüyü zaman motivasiyaları düşür, işə faydalı ola bilmir, günü başa vurmağa çalışır və ya işə getmək istəmirlər. Bu da, şirkətin performans itkisinə gətirib çıxarır”.

Təlimçi bildirdi ki, loğva, təkəbbürlü rəhbərlərin olduğu şirkətdə komanda şəkilində işləməkdən söhbət gedə bilməz və bu tipli idarəçilər üzündən işçilər arasında da tez-tez problemlər yaşana bilir:

“Bu problemlərin yaranmasının səbəbi də həmin tipli idarəçilərin ədalətsiz və önyarqılı olduğunu düşünmələridir. Çünki işçi rəhbərə nə təklif etsə, rəhbər öz bildiyini edir. Bu zaman da işçi düşünür ki, onsuz da mənim dediklərimin bir əhəmiyyəti yoxdur. Bu kimi rəhbərlərin olduğu mühitdə işçilər çox çalışa bilmir. İşi tərk etmək məcburiyyətində qalırlar”.

A.Kandemirin sözlərinə görə, bəzən elə məqamlar olur ki, işçi şirkətə, işinə, komandaya çox bağlı ola olur, amma idarəçinin davranışlarına görə məcburən həmin işdən çıxmalı olur:

“Dünyada aparılan sorğular onu göstərir ki, işdən çıxan işçilərin ayrılma səbəbinin 40 faizi özündən bir mövqe yüksəkdə dayanan idarəçilərin davranışlarıdır. Yəni, işçinin direktoru çox yaxşı insan ola bilər, amma şöbə müdiri ilə problemi varsa, orada işləyə bilməz. Bu problemi həll etmək bir az çətin mövzudur. 

Çünki bu problemi həmin tipli rəhbərlərin özləri həll etməlidirlər. Özünü işçilərin yerinə qoyması, empatiya qurması, komanda ruhunun fərqində olması lazımdır. Bu, həmin tipli idarəçilərdə çox vaxt mümkün olmur”.

Əvəz Həsənov

“Lovğa”, “təkəbbürlü” rəhbərlər idarəetmədə nəyi düzgün etmirlər?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...