Dünyada ən çox mağazası olan markalar - H&M, Apple, IKEA...
Bir çox tanınmış geyim, tekstil, ev əşyaları, texniki əşyalar istehsal edən böyük markaların dünyanın bir çox ölkələrində mərkəzləri və mağazaları, rəsmi distirbütorları fəaliyyət göstərir.
Həmin markaların da ölkəmizdə mağazaları var.
Valyuta.az daha çox ölkədə fəaliyyə göstərən markaların siyahısını təqdim edir:
H&M – Mərkəzi ofisi İsveçdə yerləşən H&M münasib qiymətli geyimlər istehsal edən marka kimi tanınır. Markanın dünyanın 68 ölkəsində mağazası fəaliyyət göstərir.
IKEA – 51 ölkədə mağazası olan İKEA-nın da mərkəzi ofisi İsveçdə yerləşir. Dünyanın tanınmış ən böyük pərakəndə mebel və ev aksesuarlarının satışı ilə məşğuldur.
INDITEX – Bu adı tanımasaq da, çoxumuz bu qrupa daxil olan bir çox geyim markasını yaxşı tanıyırıq. Belə ki, dünyanın 45 ölkəsində mağazası olan şirkət özündə Pull&Bear, Bershka, Oysho, Massimo Dutti, Stradivarius kimi tanınmış geyim markalarını birləşdirir. Mərkəzi ofisi İspaniyada yerləşir.
Decathlon – İdman malları istehsal edən böyük markalardan biridir. Dünyanın 34 ölkəsində mağazası olan markanın mərkəzi ofisi Fransada yerləşir.
Carrefour – Dünyanın 32 ölkəsində fəaliyyət göstərən Fransada yerləşən dünyanın ən böyük hipermarket şəbəkələrindən biridir. Ərzaq və istehlak məhsulları satır.
Sephora – Mərkəzi Almaniyada yerləşən dünyanın ən böyük pərakəndə satış qruplarından biridir. Lidl və Kaufland supermarket şəbəkələrini idarə edir. Ərzaq və istehlak məhsulları satır. Dünyanın 31 ölkəsində mağazası var.
Apple – Hər kəsin çox yaxşı tanıdığı texnika şirkətinin dünyanın 25 ölkəsində mağazası var. O, innovativ elektron məhsullar, proqram təminatı və rəqəmsal xidmətlər təklif edir.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay