Ən bahalı suya sahib olan ölkələr açıqlandı - Siyahı
Amerika Birləşmiş Ştatları ən bahalı içməli suya malik ölkələr arasında 8-ci yerdədir.
Lent.az xəbər verir ki, dövlətlərin reytinqini RİA Novosti tərtib edib.
Amerikada 1,5 litr içməli su orta hesabla 2,19 dollara başa gəlir (siyahıda səkkizinci yer). Monako birinci yerdədir - 1,5 litr üçün 5,8 dollar.
Antiqua və Barbudada 1,5 litr içməli suya görə 2,59 dollar, Mərkəzi Afrika Respublikasında 2,49 dollar, Barbadosda 2,48 dollar, Baham adalarında - 2,41 dollar, Kosta-Rikada - 2,35 dollar, Qrenadada - 2,26 dollar, Eritreyada - 2,14 dollar, İslandiyada - 2,04 dollar ödəyirlər. Ümumilikdə, 77 ölkədə 1,5 litr təmiz su üçün 1 dollardan çox pul ödəməli olacaqsınız.
Rusiyada 1,5 litr su Çin və Belarusda olduğu kimi orta hesabla 0,55 dollara başa gəlir.
Bu arada, ən əlçatan içməli suya malik ölkələrin siyahısına Misir (0,18 dollar) və Liviya (0,24 dollar) daxil edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay