Ölkənin nəqliyyat qurumları - SİYAHI
Azərbaycan Respublikasını nəqliyyat sisteminin inkişafı cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, nail olmaq üçün mühüm rol oynayır. Ölkənin nəqliyyat sistemi 5 nəqliyyat təşkilatının tərkibində formalaşır.
Valyuta.az həmin qurumların siyahısını təqdim edir:
"Azərbaycan Dəmir Yolları" (ADY)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. QSC-nin sədri Rövşən Rüstəmovdur.
Azərbaycan Beynəlxalq Hava Yolları (AZAL)
Azərbaycan Beynəlxalq Hava Yolları - 7 aprel 1992-ci il tarixdə təsis edilib və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcısıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. AZAL-ı rəhbəri Samir Rzayevdir.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) ən qədim tarixə malikdir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 1858-ci ildə təsis edilib. Yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətidir. Gəmiçilik sahəsində 160 ildən çox təcrübəyə malik ASCO-nun fəaliyyət coğrafiyası Xəzər dənizi və Xəzərdənkənar yükdaşıma bazarlarını əhatə edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük nəqliyyat donanmasına, neft və qaz hasilatı sənayesinə xidmət göstərən ən böyük ixtisaslaşdırılmış ofşor donanmaya, geniş texniki imkanları ilə seçilən gəmi təmiri zavodlarına, müasir tədris sistemi və elmi-texniki bazaya malik Azərbaycan Dövlət Dəniz Akademiyasına, eləcə də modern trenajor və simulyatorlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzinə sahibdir. ASCO-nun rəhbəri Rauf Vəliyevdir.
"Bakı Metropoliteni" QSC
Bakı metrosuna nəzarət edən ilk qurum Bakı Metropoliteni İdarəsi olub. Bakı Metropoliteni İdarəsi 1966-cı ildə təsis olunub. 27 fevral 2014-cü il də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti təşkil edilib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin səhmləri dövlətə məxsus olan və Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisi olan şirkətdir. "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovdur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il oktyabrın 11-də imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentlik Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında yaradılıb. Dövlət başçısının Fərmanı ilə bu il sentyabrının 8-də Nizamnaməsi təsdiqlənən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, bu sahədə normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Qurumun İdarə Heyətinin sədri Anar Rzayevdir.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay