BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
51491

Ümumiyyətlə, uğuru müəyyən bir müddət ərzində bir işi istənilən şəkildə tamamlamaq və məqsədə çatmaq kimi təyin edə bilərik. Başqa sözlə, deyə bilərik ki, bu, bir sıra gözləntilərin qarşılanması vəziyyətidir. Bəziləri üçün uğur pul, şöhrət, sərvət, təhsil və güclü əlaqələr qurmaqdır. 

Uğur istədiyiniz məktəbi bitirmək, yaxşı maaşlı bir işdə işləmək, öz biznesinizi qurmaq, sosial şəbəkələrdə çoxlu izləyicilərə sahib olmaq, dəyərlərinizə uyğun yaşayaraq özünüzü tanımaqdır, yoxsa nədir?

Yaxşı maaş və statusa sahib olmağı uğur kimi görən, övladlarını öz müəyyən etdikləri təhsil və peşə standartlarına uyğun istiqamətləndirən, öz gözləntilərini uşağın gözləntilərindən üstün tutan valideynlər bu işdə hansı nəticələrlə qarşılaşacaqlarının fərqində olmaya bilərlər. Məqsədlər və əldə olunan nailiyyətlər uşağın öz gözləntilərinə uyğun gəlmirsə, yolun sonunda çatdığı nöqtə onun istədiyi yerdə olmaya bilər.

Rəsm çəkməyi çox yaxşı bacaran bir gəncin istedadını kütləşdirməklə riyaziyyatda və elmdə uğur qazanmasını gözləmək və onu buna məcbur etmək gələcəkdə sevmədiyi bir peşədə səmərəsiz işləyəcək bədbəxt insanlar yetişdirəcək. Bu baxımdan ailələr təbii ki, övladlarının “maraq, bacarıq və istedadını” nəzərə alaraq, onların gözləntilərinə hörmət edərək, övladlarına təkliflər verməklə daha doğru dəstək verə bilərlər. Əsas diqqət uşaqların özünə inamının yüksəldilməsi, problem həll etmək qabiliyyətinin artırılması yolu ilə yetişdirilməsi, məsuliyyət daşıması olmalıdır.

Şöhrəti uğur kimi görmək, nə qədər biliyə sahib olduğu, nə qədər hörmətli və ya güvəndiyindən daha çox görünüşünə, nə yediyinə, nə içdiyinə, nə geyindiyinə maraq göstərən bir insan olmağı hədəfləmək deməkdir ki, bu da narsisistliyə səbəb ola bilər. Şöhrət üçün ödənilən qiymət və şöhrətdən sonra qəfil yoxa çıxmaq tez-tez rast gəlinən riskli və zərərli vəziyyətlərdir.

Kontekst uğur meyarlarına təsir edirmi?

Müvəffəqiyyətin qiymətləndirilməsində insanın harada və nə vaxt göstərdiyi performansın təsiri qaçılmazdır. İllərdir peşəkar komanda tərəfindən izlənilən, imkanları və bütün ehtiyacları qarşılanan, yarışa hazırlaşan idmançının çıxışını idman ayaqqabısı belə olmayan və ya məşqçinin dəstəyini ala bilməyən idmançı ilə müqayisə etmək çox ədalətli uğur meyarı olmaz.

Eləcə də kənddə həm də çobanlıq edən şagirdin uğurunu ən yaxşı məktəblərdə oxuyan, fərdi dərs alan, müxtəlif mənbələrdən oxuyan şagirdin uğuru ilə eyni meyarlarla qiymətləndirmək düzgün deyil.

Beləliklə, belə düşünə bilərik: Mövcud şərtlərdə ən yaxşısını etdiyinizi düşünürsünüzsə, bu uğurdur.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin