İş müsahibəsindən keçə bilməməyin üç əsas səbəbi
Bir iş üçün müsahibə verdiyiniz zaman, əgər rol üçün lazımi bacarıqlarınız və keçmişiniz varsa, müsahibəniz ümumiyyətlə, yaxşı keçəcək. Bununla belə, səriştəli namizəd olmaq həmişə müsbət nəticələr əldə etmək üçün kifayət olmaya bilər.
Valyuta.az iş müsahibəsindən keçə bilməməyin 3 əsas səbəbini təqdim edir:
Ünsiyyət bacarıqlarının olmaması
Vəzifə səviyyəsindən və sənayedən asılı olmayaraq, namizəddə axtarılan ilk xüsusiyyətlərdən biri yaxşı “ünsiyyət bacarıqlarına” sahib olmaqdır. İşəgötürənlər effektiv ünsiyyət qura bilən namizədlərə üstünlük verirlə. Çünki bu bacarıq iş mühitində əməkdaşlıq etmək və bilikləri bölüşmək bacarığını əks etdirir.
Namizədin fikirlərini aydın ifadə edə bilməməsi, suallara lazımi cavab verə bilməməsi və ya effektiv dinləmə qabiliyyətinin olmaması müsahibə zamanı mənfi təəssürat yarada bilər.
Təcrübələriniz uyğun olmaması və ya qeyri-adekvat olmanız
İkincisi, kifayət qədər iş təcrübəsi və ya ixtisas səviyyəsinin olmaması namizədin müsahibədən keçməməsinə səbəb ola bilər. İş elanında göstərilən meyarlara cavab verməyən namizəd işəgötürəni inandırmaqda çətinlik çəkə bilər. İş təcrübəsi, işlə bağlı bacarıq və bilik səviyyəsi işəgötürənin namizədə inamını artırır.
Namizədin işə uyğun əsas bacarıqları yoxdursa və ya kifayət qədər keçmiş təcrübəsi yoxdursa, müsahibədən keçməmək riski artır.
Mədəni uyğunsuzluq
İşə qəbul prosesində qiymətləndirmə meyarlarından biri mövcud şirkət mədəniyyətinə uyğunluqla bağlıdır. Buna görə də, işəgötürənlər işdə yalnız texniki bacarıqlara diqqət yetirmək əvəzinə, həm də komanda daxilində birliyi və mədəni uyğunluğu qiymətləndirirlər. Daxili mədəniyyətə uyğunlaşacaq namizədlərə üstünlük verilir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay