BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
49574

İşçiləri iş həyatında peşəkar bacarıqları qədər önə çıxaran başqa bir məqam da var ki, o da nəyi və nə vaxt deyəcəyini bilməkdir. Peşəkar avadanlıqla birləşən yaxşı ünsiyyət bacarıqları sizi digər işçilərdən fərqləndirir və işinizdə asanlıqla irəliləməyinizə imkan verir.

“Emotional Intelligence 2.0” proqramının müəllifi və “TalentSmart”-ın təsisçisi Dr.Travis Bradberry deyir ki, yaxşı ünsiyyət dili olan və iş həyatında zəkasını nümayiş etdirən işçilər heç vaxt bu 10 cümlədən istifadə etmirlər:

“Həmişə belə olub”

Texnologiyanın daim dəyişdiyi bir dünyada “Həmişə belə olub” demək sizi ənənəvi və tənbəl göstərəcək. Bu səbəblə problemə fərqli bucaqlardan yanaşmaq və problemi həll etmək üçün yeni üsullar kəşf etmək fərqinizi göstərmək üçün çox vacibdir.

“Bu mənim günahım deyil”

İntellektual və məsuliyyətli işçilər heç vaxt məsuliyyəti üzərinə götürməkdən qorxan şəxslərin söylədiyi bu ifadəni işlətmirlər. Əgər hər hansı bir məsələdə bir az da yanıldığınızı düşünürsünüzsə, bunu dilə gətirməkdən çəkinməyin, səhvinizi qəbul edin və həll yolunu tapın.

“Mən bunu bacarmıram”

Sizə verilən tapşırıqla qarşılaşdığınız zaman "bacarmıram" demək sizi antipatik və tənbəl göstərəcək. Buna görə də, edə bilməyəcəyiniz şeylərə diqqət yetirən bir cümlə qurmaq əvəzinə, edə biləcəyiniz şeylərə diqqət yetirin. Məsələn, "Bu gecə işləyə bilmərəm" demək əvəzinə, "Sabah səhər tez gəlməklə bunu edə bilərəm" deyin.

“Bu ədalətli deyil”

Təəssüf ki, həyatın bütün sahələrində olduğu kimi, iş həyatında da hər şey ədalətli işləmir. Əgər sizə haqsızlıq edildiyini düşünürsünüzsə, peşəkar bir rəftar edin və probleminizi birbaşa ifadə etmək əvəzinə, dolayı yolla ifadə edin.

“Bu mənim iş təsvirimə uyğun iş deyil”

Rutindən çıxa bilməyən monoton bir işçi olduğunuz təəssüratı yaradacaq bu cümləni heç vaxt işlətməyin. Sizə tapşırılan hər hansı tapşırığı tamamlayın və sonra narahat olduğunuzu bildirin. Bu şəkildə siz əslində işi görmək potensialınız olduğunu, ancaq prinsiplərinizdən dolayı bunu etmək istəmədiyinizi göstərirsiniz.

“Fikirlərinizi ifadə edin”

Nə olursa olsun, fikrinizi söyləməkdən və fikrinizi inamla ifadə etməkdən çəkinməyin. Fikriniz mükəmməl olsa belə, nitqinizə mənfi bir giriş ideyanızın daha az təsir göstərməsinə səbəb ola bilər.

“Cəhd edəcəyəm”

Özünüzə güvənmədiyinizi hiss etdirəcək başqa bir ifadə də “Çalışacağam” deməkdir. Bir işi görməkdən narahatsınızsa, bunu alternativ diskurslarla ifadə edin, birbaşa mənfi cümlə qurmaqdan çəkinin.

“Mənə bir dəqiqə bəsdir”

Çatdırılma vaxtı ilə bağlı realist olun və “1 dəqiqəlik iş” kimi ifadələrdən qaçın. Çünki bu cür ifadələr işinizdə sürətli olmaqdansa, səliqəsiz davrandığınız təəssüratı yarada bilər. Bu ifadənin yerinə “çox vaxt aparmayacaq” kimi ehtiyatlı cavab vermək məqsədəuyğun ola bilər.

“Bu işə nifrət edirəm”

İş yeriniz haqqında mənfi fikirlərinizi hər yerdə ifadə etməyin. Bu vəziyyət iş yerinizdəki digər işçilərə mənfi təsir göstərəcəyi üçün heç bir işəgötürən belə mənfi ifadələr işlədən kadrla işləmək istəməz.

“İş yoldaşım bacarıqsızdır”

Səninlə pis davranan biri başqalarına belə davranmaya bilər. Ona görə də həmkarınızın pis cəhətlərini qeyd etməyin, başqaları bunu öz başına görsün. Əks halda səhv başa düşülə bilərsiniz.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin