BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
49295

Astronomlar qrupu NASA-nın “James Webb” kosmik teleskopundan istifadə edərək indiyə qədər kainatın ən uzaq qalaktikalarından ikisini və ən qədimlərini kəşf etdiyini iddia edir. Maraqlıdır ki, onlardan biri qeyri-adi dərəcədə parlaq və böyükdür, alimlər deyirlər.

“Reuters” agentliyi xəbər verir ki, Böyük Partlayışdan cəmi 300 milyon il sonraya aid olan həmin iki qalaktika JADES-GS-z14-0 və JADES-GS-z14-1 adlandırılıb. Onların kəşfi, xüsusiyyətləri və təkamülü üç yeni, hələ də nəzərdən keçirilməmiş məqalələrdə ətraflı təsvir olunub.

Tədqiqatçıların fikrincə, iki qalaktikadan biri - JADES-GS-z14-0 ölçüsü və gözqamaşdırıcı parlaqlığı ilə seçilir. O, həm də Böyük Partlayışdan cəmi 290 milyon il sonra, kainatın indiki yaşının yalnız 2 faizini təşkil edən zaman ölçüsündən ən uzaq olanıdır.

Harvard Universitetinin astronomiya professoru və tədqiqatın müəlliflərindən biri Deniel Eyzenşteyn bununla bağlı açıqlamasında deyib: “Qalaktikanın ölçüsü aydın şəkildə sübut edir ki, işığın böyük hissəsi onun mərkəzindəki superkütləli qara dəliyə düşən materialdan çoxdur və xeyli sayda gənc ulduzlar tərəfindən yaradılıb”.

Tədqiqatçılar hesab edirlər ki, yeni kəşf qalaktikaların kainatın ilk illərində nisbətən sürətlə formalaşa bildiyini göstərir. İtaliyanın “Scuola Normale Superiore Pisa” mərkəzinin astrofizika professoru Stefano Karniani vurğulayıb: “JADES-GS-z14-0 indi bu fenomenin sübutu amilinə çevrilir. Kainatın cəmi 300 milyon il ərzində belə bir qalaktika yarada bilməsi heyrətamizdir”.

Astronomlar qrupu kainatın ən erkən illərinə daha dərindən nəzər salmaq üçün “James Webb” kosmik teleskopundan istifadə etməyə çalışır. Bu yaxınlarda başqa bir astronomlar qrupu kosmik teleskopdan istifadə edərək sıx bir hidrogen buludundan doğulan kiçik qalaktikalar üçlüyünü kəşf edib.

Astronomların tədqiq etdiyi bu proses kainatın ilk mərhələsi, sıx qaz buludlarının öz cazibələri altında çökməsi və nüvə birləşməsini başlatmaq üçün kifayət qədər isti olması, nəhayət ilk ulduzlara çevrilməsi ilə xarakterizə olunur. Arizona Universitetinin aspirantı Zihao Vu bildirib ki, bu qədər gənc olmasına baxmayaraq, qalaktika artıq Yer üzündə bizə tanış olan elementləri yaratmağa başlayıb. Onun sözlərinə görə, kosmosun dərinliklərində uzaq erkən tarixə nəzər salmaq üçün kosmik teleskopdan istifadə alimlərə kainatın necə yarandığını, hətta onun sonunun necə olacağını daha yaxşı başa düşməyə imkan verir. /Azərtac

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin