O vəfat edəndə dünyada radio stansiyaları 2 dəqiqə yayımı kəsmişdi - Radionu kəşf edən Markoninin hekayəsi
Radio rabitəsinin atası sayılan Markoni Quglielmo İtaliyanın Bolonya şəhərində anadan olub. Atası mülkədar italyan, anası irland olan Markoni Florensiyada və Livornada təhsil alıb. O, professor Rozanın rəhbərliyi altında işləyirdi. Hər iki professor bu gün radio dalğaları adlandırdığımız Hertz dalğaları üzərində təcrübələr aparırdı. Gənc Markoni də ilk dəfə onun tərəfindən istehsal olunduğu üçün alman alimi Haynrix Hertsin adını daşıyan bu dalğalarla təcrübə aparmağa başladı.
Markoni istifadə etdiyi cihazları icad etməyib. Lakin onlardan başqa qurğular hazırlayıb. Ola bilsin ki, Markoni Morze əlifbasından istifadə edərək elektromaqnit dalğaları vasitəsilə mesaj göndərə biləcəyini düşünən ilk şəxs olub. Lakin sonra, həm ötürücüyə, həm də qəbulediciyə yüksək antenna və yer xəttini birləşdirməyi düşünərək, nəhayət, siqnalları 2,4 kilometrə qədər ötürə bilib.
Beləliklə, Markoni elektromaqnit dalğalarını sadəcə elmi maraq obyektindən tamamilə yeni ünsiyyət formasına çevirdi. İtaliya hökuməti onun ixtirasına maraq göstərmədikdə, Markoni hazırladığı cihazı götürərək İngiltərəyə getdi və işini orada davam etdirdi. Dənizdəki gəmilərin bir-birilə və quru ilə əlaqə qurmasını təmin edərək bir çox insanın həyatını xilas edə biləcək bu cihazla o dövrdə dənizçilikdə ən qabaqcıl ölkə olan İngiltərənin maraqlı ola biləcəyini düşünürdü.
1896-cı ildə 22 yaşında Markoni simsiz teleqraf üçün dünyada ilk patent aldı. Növbəti il o, öz şirkətini qurdu, kiçik bir mühəndis qrupu ilə simsiz teleqrafı inkişaf etdirmək üçün yorulmadan çalışdı. 1900-cü ildə o, dalğa uzunluğuna uyğunlaşdırılmış simsiz teleqraf sistemini patentləşdirdi ki, bu da birdən çox stansiyanın siqnalları bir-birinə müdaxilə etmədən eyni vaxtda yayıma imkan verdi. 1901-ci ildə İngiltərənin Poldhu şəhərindən Nyufaundlend ştatının Sent-Luis şəhərinə köçdü. O, St John's qəsəbəsinə okeanlararası simsiz teleqraf siqnalları göndərməklə dünyanı heyrətləndirdi. 1903-cü ildə The Times qəzeti üçün İngiltərədən ABŞ-a müntəzəm xəbərlər yayımlamağa başladı. 1907-ci ildə müntəzəm transokean teleqraf xidmətinə başladı.
Markoni Birinci Dünya Müharibəsi (1914-1918) zamanı İtaliya qüvvələrinin radio avadanlıqları üçün məsuliyyəti öz üzərinə götürdü. O, daha qısa dalğa uzunluğuna malik elektromaqnit dalğaları ilə işləmiş və daha uzaq məsafələrə daha aydın mesajlar göndərə biləcəyini nümayiş etdirib.
Bir çox ölkənin şərəf və nailiyyət medalları olan Markoni 1909-cu ildə Fizika üzrə Nobel mükafatına layiq görülüb. O vəfat edəndə bütün dünyada radio stansiyaları 2 dəqiqəlik yayımlarını kəsmişdi. O, İtaliya hökumətinin təşkil etdiyi dövlət mərasimindən sonra doğulduğu Bolonyada dəfn edilib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay