Psixoloji problemi olduğunu düşündüyümüz rəhbərə qarşı hansı münasibəti sərgiləyək?
Avstraliyada aparılan bir araşdırmaya görə, hər 5 şirkət rəhbərlərindən biri klinik psixopatik xüsusiyyətlər nümayiş etdirir. Bu da, işçilərdə narahatlıq doğurur və çox vaxtlarda anlaşılmazlıqlara səbəb olur. İşçilərin iş prosesini çətinləşdirir. Bəs idarəçinin psixoloji problemlərinin olmasını necə müəyyən etmək olar?
1- Nəyin öhdəsindən gəlməyə çalışdığınızı müəyyənləşdirin
Gününü pis keçirir, yoxsa həmişə belədir? O, yuxarı rəhbərliyin təzyiqi ilə məşğul olurmu? Bəli, problemli davranış var, lakin ona nəyin səbəb ola biləcəyinə diqqət yetirin. Hər kəsin pis günü ola bilər. Odur ki, bunun həqiqətən idarəçinizin standart iş rejimi olub-olmadığını və ya sadəcə birdəfəlik problem olduğunu diqqətlə izləyin.
2- Hər şeyi yazılı şəkildə tələb edin
Əgər meneceriniz iş tələb etməkdə xaos ustasıdırsa, sonradan problem yaşamamaq üçün bacardığınız hər şeyi yazılı şəkildə tələb edin və ya yazın. Məsələn, sizə şifahi göstərişlər veriblərsə, tez bir şəkildə təsdiq mesajı göndərin. Bu yolla siz deyilən hər şeyin yazılı qeydinə sahib olursunuz.
3- Dərin nəfəs alın
Bir məsələdə menecerinizlə razılaşdığınız zaman dərindən nəfəs alın və qəzəblə cavab vermək əvəzinə, bir anlıq cavabınızı düşünün. Əks halda tələsik verdiyiniz səhv qərar peşman olmanıza səbəb ola bilər.
4- Sizi nəyin tətiklədiyini öyrənin
Kimsə işə gecikəndə meneceriniz əsəbiləşirmi? Əgər belədirsə, gediş-gəlişinizdə daha diqqətli olmağa çalışın. Bunun nəyə səbəb olduğunu anlamağa çalışın. Növbəti addımı təxmin edin və əvvəlcədən tədbir alın.
5- Ünsiyyət strategiyalarından istifadə edin
Aktiv dinləyici olun, deyilənləri təkrarlayın və lazım gələrsə, əlavə məlumat tələb edin. Bu, ünsiyyəti yaxşılaşdırmaq üçün istifadə edilən ümumi bir müalicədir. İnsanların qulaq asmaması və ya anlamaması səbəbindən bir çox münaqişələr baş verir.
6- Sizi yoldan çıxarmasına imkan verməyin
İşiniz çox olanda menecerinizlə bağlı problemlərin işinizə və davranışınıza təsir etməsinə icazə versəniz, böyük bir bəlaya düşəcəksiniz. Problemləri şəxsən qəbul etməməyə və ya işinizin keyfiyyətini aşağı salmamağa çalışın.
7- Lazım gələrsə şikayət edin
Menecerinizin davranışından narahatsınızsa, qırılma nöqtəsinə çatdığınız mənasına gəlir. Şirkətinizdə insan resursları üzrə məsul şəxs kimdir? Onunla danışın və çəkinmədən menecerinizə məlumat verin. Əks halda, yeni günə böyük və narahatedici problemlə başlamalı ola bilərsiniz.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay