BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
48904

İyunun 3-də “planetlərin paradı” müşahidə olunacaq. Səmada 7 planet - Venera, Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun Günəşdən bir tərəfdə (qərbdə) təxminən 90-lik bucaq sektorunda yerləşəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bunlardan 4-ü - Venera, Yupiter, Merkuri və Uran 20-30-lik sektorda olacaq. Yəni iyunun 3-də yalnız 4 planeti adi gözlə görmək mümkün olacaq. Saat 02:00-dan başlayaraq Saturn, 03:00-dan Mars, 04:50-dən Günəş doğana qədər şərq tərəfdə üfüqə yaxın Yupiter və Merkuri görünəcək. Uranı adi gözlə çox çətinliklə, Merkuridən 20 dəqiqə əvvəl - saat 04:20-dən sonra görmək olar. Urandan təxminən 6 dəfə zəif olan Neptunu isə yalnız teleskop vasitəsilə görmək mümkündür. Venera həmin gün Günəşlə eyni zamanda doğduğuna görə müşahidəsi mümkün olmayacaq. Buna oxşar 6 planetin paradı avqust ayının axırları və sentyabrın əvvəllərində də baş verəcək.

Astronomik hadisə olan “planetlərin paradı” bir neçə planetin bir-birinə kifayət qədər yaxın olduğu və Günəşə nisbətən bir tərəfdə şərti cərgədə düzülüşünə deyilir. “Planetlərin paradı” anlayışı elmi məna daşımır və bu zaman heç bir fiziki hadisə baş vermir.

Planetlərin sayından asılı olaraq paradlar aşağıdakı növlərə bölünür:

- mini parad: 3 planet iştirak edir;
- kiçik parad: 4 planet iştirak edir;
- böyük parad: 5 və ya 6 planet iştirak edir;
- tam parad: bütün planetlər iştirak edirlər. Bu, olduqca nadir haldır. Belə bir hadisə hər 170 ildə bir dəfə müşahidə edilə bilər.

1982-ci il martın 10-da nadir “planetlər paradı” baş vermişdi - bütün 8 planet (Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun və o zamanlar planet hesab edilən Pluton) Günəşdən bir tərəfə 95-lik sektorda olmuşdular.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin