Maraqlı
25.05.2024 / 23:49
“8 saatlıq oturaq iş insanı fiziki və mental baxımdan məhv edə bilər”
48711
8 saat, xüsusilə oturaq iş, ofis işi insanı fiziki və mental baxımdan məhv edə bilər.
Son elmi tədqiqatlara görə, ofis əməkdaşlarının demensiya riski hər 7 il işə görə 8% artır.
Bütün günü oturaraq işləyən, iş saatı boyu cəmi bir neçə dəqiqəlik gəzişən insanın ömrü qısalır.
Rusiyanın əməkdar həkimi Aleksandr Myasnikov bir çox ölkələrdə ofis işçiləri üçün adi stulların ləğv olunub, xüsusi ayaqüstü stulların qoyulmasını misal çəkib.
8 saatlıq oturaq iş barədə artıq müzakirə açmağa ehtiyac yoxdur.
“Ofis işçiləri daha tez onurğa, boyun, əzələ ağrılarından əziyyət çəkir.
Ən zərərli peşə elə ofis işidir. Belə işdə çalışanlar idmanla məşğul olmalıdır. Hər 40 dəqiqədən bir qalxıb 10 dəqiqə gəzməli, yüngül idman hərəkətləri etməlidirlər”.
Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay