Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?
Avropa İnsan Resursları Assosiasiyası tərəfindən elan edilən Beynəlxalq İnsan Resursları Günü 2019-cu ildən etibarən hər il mayın 20-də qeyd olunur.
Bəs insan resursları (İR) nədir, nə zaman yaranıb, niyə bu qədər əhəmiyyətlidir?
İnsan resursları tarixçəsi
Tarixi prosesdə insan resursları idarəçiliyinin inkişaf hekayəsinə nəzər salındıqda, bu mövzuda ilk təcrübələrin ABŞ-da baş verdiyini görmək olar. Sənaye inqilabı zamanı iri sənaye təşkilatları istehsalın artırılmasında mühüm amil kimi insan elementini görür və ondan istifadə edirdilər.
Sənayeləşmə sürət qazandıqca, Taylorist və bir çox oxşar yanaşmalar istehsalda səmərəliliyi gündəmə gətirdi. Taylorun 1911-ci ildə işçi seçimi və motivasiyası ilə bağlı araşdırmaları və Mayonun “Hawthorne” iş yerindəki araşdırmaları işçilərə yönəlmiş ilk tədqiqatlar hesab olunur. 1913-cü ildə 60 kadr menecerinin iştirakı ilə Kadrlar və İnkişaf İnstitutu yaradıldı. Qeyd etmək lazım olan digər bir inkişaf Hugo Munsterberg tərəfindən yazılmış “Psixologiya və Sənaye Səmərəliliyi” adlı kitab idi. İkinci Dünya Müharibəsi zamanı ABŞ Ordusunun kadr seçimi və yerləşdirmə prosedurları 1950-1960-cı illərdə özəl təşkilatlar tərəfindən kadr seçimi metodu kimi istifadə edilməyə başlandı. 1970-ci illərin sonlarında atılan bəzi hüquqi təşəbbüslər nəticəsində kadrların idarə edilməsi bütün ölkələrdə indiki mövqeyinə doğru irəliləyib.
1980-ci illərdə sənayeləşən ölkələrdə, ilk növbədə ABŞ-da məhsuldarlığın azaldığı və rəqabətin artdığı dövrdə yeni idarəetmə yanaşmalarına ehtiyac yarandı və bu şəraitdə insan resurslarının idarə edilməsi yanaşması meydana çıxdı. 90-cı illərdə daha çox əhəmiyyət kəsb edən insan resurslarının idarə edilməsi anlayışı iş yerləri üçün strateji məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə edilib. Bu gün İR hər bir təşkilatın ayrılmaz hissəsinə çevrilib. İnsan resurslarının idarə edilməsi üzrə “Fortune 500” sorğusunun nəticələrindən əldə edilən məlumatlara görə, insan resursları departamentinin nümayəndələrinin 500 böyük iş yerinin direktorlar şuralarında yer aldıqları və ümumilikdə vitse-prezident vəzifəsini tutduqları müşahidə edilib.
İnsan resursları nədir?
İnsan resursları - təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir.
İnsan istehsal prosesinin ayrılmaz hissəsi olmaqla yanaşı, eyni zamanda onun hədəfidir. İnsan resursları termini təşkilatın daxili və xarici insan potensialından yararlana biləcəyi bütün insanları ifadə edir, yəni birinci rəhbərdən tutmuş ən aşağı vəzifədə çalışan işçiləri və potensialları əhatə edir.
İnsan resurslarının idarə edilməsi
İnsan resurslarının idarə edilməsi - iş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə etməkdir. Müəssisə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması və hüquq və öhdəliklərin müəyyənləşdirilməsi kimi faktorları birləşdirir. Bundan başqa, namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi, karyeranın idarə olunması, mükafatlandırma sistemi, nizam-intizam, sosial-mədəni fəaliyyətlər kimi funksiyaları özündə cəmləyir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyəti insanı əsas tutmasıdır. Lakin, bu, təşkilatın məqsədlərinin əsas olmadığı mənasını vermir. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir.
Niyə insan resurslarına üstünlük verilməlidir?
İnsan resursları çərçivəsində qəbul edilən bütün qərarların qətiyyət və aydınlıq prinsiplərinə söykənməsi çox vacib olduğu üçün çalışan hər bir insanda “lider ruhu” olmalıdır. İşə qəbul prosesləri baxımından nəzərdən keçirildikdə, ünsiyyət və müşahidə bacarıqları yüksək səviyyədə inkişaf etdirilməli olan insan resursları işçiləri və menecerlər, şöbə daxilində karyeralarını davam etdirərkən şəxsi inkişaflarına sərmayə qoyurlar. İnsanların ünsiyyət bacarıqlarında jest və mimikalardan istifadə edərək onlarla düzgün ünsiyyət axını yaratmalarını təmin etmək şöbə əməkdaşlarının da üstünlüyüdür. Qərəz və stereotiplərdən uzaq olmağın və davamlı təkmilləşməyə açıq olmağın vacibliyi bu şöbədə işləyərkən başa düşülür.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay