BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
48224

“Google” hesablamalarına görə, planetimizin tarixi boyunca dünyada 130 milyona yaxın kitab yazılıb. Lakin bu say hər gün durmadan artır. İstənilən sahədə özünü inkişaf etdirmək istəyənlər üçün kitablar tarix boyu ən böyük müəllim rolunu oynayıb. Bəzi kitablar gözlənilən marağı əldə edə bilməsə də, bəziləri ağlasığmaz sayda satılıb. Valyuta.az sizin üçün dünyanın ən çox satılmış 6 kitabı təqdim edir.

1. “İki şəhərin hekayəsi” (Çarlz Dikkens) - 200 milyon

“İki şəhərin hekayəsi” - Çarlz Dikkensin ilk dəfə 1859-cu il 30 apreldə çap etdirdiyi əsəri olmaqla, yaradıcılığının özəyi sayılır. Roman üç kitabdan ibarətdir. 200 milyon nüsxədən çox satılan əsər dünyada ən çox satılan romandır. Dikkens, əsəri kitab şəklində çap etməzdən öncə qurucusu olduğu "All the year round" həftəlik qəzetində bölümlər şəklində nəşr edib.

Dikkens kitabın son bölümünü qəzetdə nəşr etməzdən üç həftə öncə irlandiyalı yazıçı Vattz Flippsin mövzu və quruluş olaraq Dikkensin əsərinə çox bənzəyən "Ölü ürək" pyesi tamaşaya qoyuldu. Kimin plaqiatlıq etdiyini demək mümkün olmasa da, hər ikisinin Eduard Bulver-Littonun "Zanoni" (1842) əsərindən təsirləndiyi aydın görünür. Tarixi roman sayılan əsərin başlıca mövzusu Böyük Fransa inqilabıdır. Baxmayaraq ki, əsər 1775-ci il həkim Manettin Bastiliya həbsxanasından azad olunması ilə başlayır, ümumilikdə, roman daha geniş bir periodu, 1757-1794-cü illəri əhatə edir.

2. “Üzüklərin hökmdarı” (Con Tolkin) - 150 milyon

“Üzüklərin hökmdarı” - ingilis yazıçısı Con Ronald Ruel Tolkinin məşhur epik romanıdır. Əsər, əsasən, 1937-1949-cu illərdə, İkinci Dünya müharibəsi dövründə yazılıb. Əvvəlcə, bir cildlik əsər olmalı idisə, sonradan üç hissəyə bölünərək dərc olunub: "Üzük qardaşlığı", "İki qala" və "Kralın qayıdışı". Romanın məşhurluğu incəsənəti və çoxlu pərəstişkarlar cəmiyyətlərinin yaranmasına ilham olub, dünya mədəniyyətində dərin iz buraxıb.

"Üzüklərin hökmdarı" XX əsrin ən məşhur və tanınmış əsərlərindən hesab olunur. O, ən azı dünyanın 38 müxtəlif dilinə tərcümə edilib. Bu kitab fantaziya janrı ədəbiyyatına, stolüstü və kompüter oyunlarına, bütövlükdə dünya mədəniyyətinə böyük təsir göstərib.

3. “Balaca şahzadə” (Antuan de Sent-Ekzüperi) - 140 milyon

“Balaca şahzadə” - Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri və alleqorik hekayədir. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub.

Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar.

“Balaca Şahzadə” 180 dil və dialektlərə tərcümə olunub. İtaliyada friul, Malidə bamana, İspaniyada araqon, Kürasaoda kreol və Fransada qaskon dillərinə, təkcə Hindistanda hindi, teluqu, marathi, pəncabi, tamil, malayalam, benqal və konkani, Çində 30-dan və Koreyada 60-dan çox dillərdə nəşrlər var.

4. “Hobbit” (Con Tolkin) – 140,6 milyon

XX əsrin ən məşhur “ədəbi nağılı” adlandırılan “Hobbit və ya oraya və geriyə” əsəri Tolkinin uşaqları üçün qoşduğu nağıldan yaranıb. Təsadüf nəticəsində nəşr olunan bu əsər oxucular tərəfindən elə rəğbətlə qarşılanıb ki, kitabın naşiri bu əhvalatın ardını yazmağı təkidlə xahiş edib.

Əsərin ilk sətirlərindən müdrik sehrbaz Həndalf (o hər dəfə lazım olanda peyda olur) Bilbo Begginsi cırtdanlarla Tənha dağa səyahətə cəlb edir. Abad, səliqəli və rahat yuvasında yaşamağa öyrəşmiş Hobbitə ömrü boyu sərgərdan həyatı yaşayan cırtdanlarla ayaqlaşmaq çətin olur. Lakin onun daxilində, bu günədək heç özünə məlum olmayan, gizli macəra ruhu bütün məhrumiyyətlərə yeni dostlarının xətrinə qatlaşmağa kömək edir. Təhlükəli macəralar, müəllif fantaziyasının məhsulu olan digər irqlərlə mürəkkəb münasibətlər, çıxılmaz vəziyyətlər əsəri həqiqətən cəlbedici edir, ondan ayrılmaq mümkün olmur. Amma qaranlıq buludlar arasında belə işıq yeri var. Elə burda da dostlar həmişə köməyə gəlir, əfsus ki, faciəsiz ötüşmək olmur.

5. “Qırmızı teremdə yuxu” (Tzao Syuetsin) - 100 milyon

“Qırmızı teremdə yuxu” və ya “Daşın hekayəsi” Tzao Syuetsin tərəfindən yazılmış, Çincənin dörd böyük klassik romanlarından biridir. 18-ci əsrin ortalarında, Tzin sülaləsi dövründə yazılıb. Çində xalq dilində yazılmış ən böyük əsərlərdən biri və çincə fantastika ədəbiyyatının şah əsəri qəbul edilir. 

Qırmızı teremdə yuxu yarı-avtobioqrafiya növündə yazılmış bir romandır. Tzao Syuetsinin öz ailəsinin və eyni zamanda Tzin sülaləsinin yüksəlişini və çöküşünü anladır. Yazıçının ilk bölümdə anlatdığına görə gəncliyində tanış olduğu qadınlara, qohumlara və xidmətçilərinə həsr edilmiş bir xatirədir. Kitab çox geniş qəhrəman heyəti və buna bağlı psixolojik ölçüsünün yanında 18-ci əsrin Çin atistokratiyasının sosial quruluşunun ətraflı bir analizi olması baxımından da vacibdir.

6. “On zənci balası” (Aqata Kristi) - 100 milyon

Məşhur ingilis yazıçısı, «detektiv janrının kraliçası» adlandırılan Aqata Kristinin (1890–1976) əsərləri dünyanın 100-dən artıq ölkəsində işıq üzü görüb. Böyük həvəslə oxunan bu əsərlərin ümumi tirajı ilbəil artır. Nəsillər dəyişir, lakin Kristinin yaradıcılığına maraq azalmaq bilmir. Onun «Qolf meydançasında qətl», «Səssiz şahid», «Şərq ekspresində qətl», «Mavi qatarın sirri» kimi əsərləri klassika hesab olunur.

Həmin əsərlərdən biri də «On zənci balası» romanıdır. Bir-birini tanımayan on nəfər yay tətilini keçirmək məqsədilə eyni gündə Zənci adasına gəlir. Elə həmin gün axşamdan onların yerləşdikləri evdə qeyri-adi, qorxunc hadisələr cərəyan etməyə başlayır. 

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin