Niyə korporativ iş vaxtı gündə 8 saatdır?
İşçilərin gündə 8 saat işləməsi modeli 18-ci əsrə gedib çıxır. Əgər o dövrlərdə işçi olsaydınız, gündə 10-18 saat işləməli ola bilərdiniz. Bəs niyə gündə 8 saat işləyirik?
Sənaye inqilabı ilə işəgötürənlər daha çox qazanc əldə etmək üçün işçilərini günəş çıxandan gün batana qədər işləməyə məcbur etdilər. İş o yerə çatırdı ki, aşağı saatlıq əmək haqqı ilə işləyən bu işçilər növbələrini ayaq üstə duraraq tamamlamağa çalışırdılar. Rəhbərlər bu sistemdə qazanc əldə etdiklərini düşünsələr də, davam edən keyfiyyətsiz istehsal gəlirliliyi günü-gündən aşağı salırdı.
Gəlin belə düşünək 24 saatın orta hesabla 15 saatını işə sərf edirsən, 6 saatını yuxuya qurban verirsən, qalan 3 saatda isə enerjin qalıbsa, sosiallaşır və özünü təkmilləşdirirsən.
Təbii ki, bu proses belə davam etməzdi. “Səkkiz saat iş, səkkiz saat əyləncə, səkkiz saat istirahət” cümləsi ilə iş saatlarının dəyişdirilməsinə başçılıq edən ingilis iş adamı Robert Ouen insanların günü 3 bərabər hissəyə bölərək yaşaması üçün təkliflər edib. Təbii ki, bu təklifi bir çox fabrik sahibləri tərəfindən xoş qarşılanmadı. 1847-ci ildə baş verən işçi etirazları ilə uşaqlar və qadınlar üçün gündə 10 saat iş standart halına gəldi.
Gündə 8 saat işləmək ideal hesab olunurdu.
Sonrakı illərdə işçilər bu sistemin standart 8 saat olmasını tələb edirdilər. Müdirlər əvvəlcə çətin vəziyyətdə olsalar da, bu gün Amerikanın ən böyük mühərrik istehsalçısı olan “Ford Motor Company” 1914-cü ildən etibarən 8 saatı standartlaşdıraraq və iş saatlarında maaşları iki qat artıraraq işçilərini işə götürməyə başladı.
Bu arada işçilər həftənin 5 günü deyil, 6 günü işləyərək işlərinə davam ediblər. Təqvim 25 sentyabr 1926-cı ili göstərdikdə, “Ford” yenidən 5 günlük iş həftəsi ilə aparıcı şirkətlərdən biri oldu. Digər fabrik sahibləri “Ford”un əmrinə qarşı çıxsalar da, o zamankı ABŞ hökuməti bu sərəncamı 1937-ci ildə qəbul etdi.
“Ford”-un burada məntiqi çox sadə idi, amma heç kim bunu başa düşmədi. Kapitalist sistemində insanlar daha çox sosiallaşmaq istəyirdilər və onların işçiləri keyfiyyətli avtomobillər istehsal etmək üçün daha səylə çalışırdılar. İnsanların sosiallaşması keyfiyyətli “Ford” avtomobilləri alaraq şirkəti genişləndirirdi.
Deməli, onun bu gün nəhənglər liqasında olmasının əsas səbəbi qalib olmasıdır. “Ford”-un bu qədər məhsuldar olması satışları əvvəlkindən daha çox artırdı.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay